Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:21

Çin 'xarici qüvvələr'ə Qazaxıstanın daxili işlərinə qarışmamaq xəbərdarlığı edir


Çinin xarici işlər naziri Van Yi mayın 20-də Astanada çıxış edib
Çinin xarici işlər naziri Van Yi mayın 20-də Astanada çıxış edib

Çinin xarici işlər naziri Van Yi Qazaxıstanın öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiəsində “Pekinin ona qətiyyətli dəstək verməyə hazır olduğunu” bildirib.

Çin naziri bu bəyanatı mayın 20-də Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündən sonra verib.

Son illərdə Çinin sədri Si Tsinpin ölkəsinin Qazaxıstana dəstəyini ifadə edən buna bənzər bəyanatlar verib.

Van Yi görüşdən sonra deyib ki, Çin Qazaxıstan prezidentinin inkişaf strategiyası və mühüm tədbirlər təşəbbüslərini dəstəkləyəcək və hər hansı xarici qüvvələrin bu ölkənin daxili işlərinə qarışmasına qarşı qətiyyətlə çıxış edəcək.

Bir çox şərhçilər bildirirlər ki, Moskva 2022-ci ilin fevralında Ukraynaya müdaxilə edəndən bəri Çin Qazaxıstanı və başqa Mərkəzi Asiya ölkələrini dəstəkləyəcəyinə dair çoxsaylı bəyanatlar verib.

Ekspertlər: Mesajın ünvanı Moskvadır

Ekspertlərin firkincə adı çəkilməsə də bu mesajların əsas ünvanı Moskvadır. Son aylarda Rusiyada bir çox siyasətçilər və siyasi şərhçilər Ukraynadan sonra Moskva üçün növbəti hədəfin Qazaxıstan olacağına işarə edirlər.

Tokayev öz növbəsində Çin-Qazaxıstan münasibətlərini təqdir edib və bildirib ki, onun “nəhəng qonşusu” Qazaxıstanın etibarlı partnyoru olaraq qalacaq:

"Çin diplomatiyası dünya siyasətlərində mühüm rol oynayır. Bu baxımdan Qazaxıstan-Çin münasibətləri olduqca əhəmiyyətlidir”.

Qazaxıstan prezidenti administrasiyasının mətbuat xidməti bildirir ki, Tokayev mayın 20-də habelə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Bu həftə Astanada Çinin, Hindistanın, İranın, Qırğızıstanın, Pakistanın, Rusiyanın, Tacikistan və Özbəkistanın xarici işlər nazirləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclası çərçivəsində görüş keçirirlər.

Burada bəyan edildiyinə görə ŞƏT ölkələri liderlərinin növbəti sammiti də iyulun 3-4-də Qazaxıstan paytaxtında keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG