Keçid linkləri

2025, 09 İyul, çərşənbə, Bakı vaxtı 21:14

Çinin əhalisi azalmaqda davam edir


2023-cü ildə Çinin əhalisi azalmaqda davam edib. Reuters yazır ki, bu meylin davam etməsi uzunmüddətli perspektivdə ölkənin iqtisadi artım potensialına mənfi təsir göstərə bilər.

Əhalinin azalma templərini doğuşların azalması və COVID-19 pandemiyasından ölümlər sürətləndirib.

Çin Milli Statistika Bürosu bildirir ki, 2023-cü ildə ölkə əhalisi 2.08 milyon nəfər (0.15 faiz) azalaraq 1 milyard 409 milyon nəfərə düşüb.

2022-ci ildə əhali 850 min nəfər azalmışdı. Bu, 1961-ci ildə Böyük Çin Aclığının bitməsindən sonra qeydə alınan ilk əhali azalması idi.

Ötən ilin əvvəllərində Çin hökumətinin COVID-19 məhdudiyyətlərini ləğv etməsindən sonra koronavirusdan ölüm halları sıçrayışla artıb.

COVID ölümləri

Ötən il COVID-19-dan ölümlərin sayı 6.6 faiz artaraq 11.1 milyon nəfərə çatıb.

Bu, Çində 1974-cü ildən bəri ən yüksək ölüm rəqəmidir.

Çində 2023-cü ildə doğuşların sayı 5.7 faiz və ya 9 milyon civarında azalıb.

Şərhçilər deyirlər ki, uşaq saxlamağın xərcləri getdikcə artır və bu bir çox ailələri dünyaya övlad gətirməkdən çəkindirir.

BMT ekspertlərinin təxminlərinə görə 2050-ci ilədək Çin əhalisi 109 milyon nəfər azalacaq. 2019-cu ildə bu proqnoz üç dəfə az idi.

Bu da qeyd olunmalıdır ki, 2035 ilədək Çində pensiya yaşında olanların sayının 280 milyon nəfər artaraq 400 milyon nəfərdən çox olacağı gözlənilir.

Çin Elmlər Akademiyasının hesablamasına görə Çinin pensiya fondundakı vəsaitlər 2035-ci ilədək tükənəcək.

XS
SM
MD
LG