Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 18:35

Çin Maskın peyklərindən BMT-yə şikayət edib – Qərb mediası


Falcon 9 Starlink peykinin buraxılışı
Falcon 9 Starlink peykinin buraxılışı

Çin Birlıəşmiş Millətllər Təşkilatını ABŞ-a onun ətraf fəzadakı məsuliyyətini xatlırlatmağa çağırıb və bildirib ki, Çin özünün kosmik stansiyasını ötən il iki dəfə İlon Maskın peykləri ilə toqquşmadan yayındırmaq üçün tədbirlər görməli olub.

The Independent qəzetinin yazdığına görə Çin bu ayın əvvəllərində BMT-nin Kosmik Fəzadan Dinc İstifadə Komitəsinə hesabatında bildirib ki, İlon Maskın SpaceX şirkətinin Starlink peykləri iyul və oktyabr aylarında az qala onun Tyanqun Kosmik Stansiyası ilə toqquşacaqdı.

Çin bunu da əlavə edib ki, bu iki insident zamanı kosmik stansiyada “toqquşmadan yayınma sistemini” işə salmalı olub.

Pekin BMT baş katibindən üzv ölkələrdən kosmik fəzada məsuliyyət tələb etməsini rica edib.

Aqressiv Çin istifadəçiləri

İlon Maskın SpaceX şirkəti indiyədək kosmosa 1600-dan çox peyx buraxıb və daha 12 min peyk üçün ABŞ Kommunikasiyalar Komissiyasından icazəsi var.

The Independent yazır ki, Çinin sosial media istifadəçiləri baş verən insidentlərə görə Maskı kəskin tənqid edirlər.

İstifadəçilərdən biri yazır:

“İşə bir bax. Çin xalqı Tesla avtomobilləri almaqla Maska böyük məbləğlərdə pul qazandırır ki, o da Starlink buraxaraq Çinin kosmik stansiyasının üstünə sürsün”.

Başqa bir istifadəçi isə Teslanı boykot etməyə çağırır.

Çin hökumətini Maskın peyklərinə qarşı eyni hərəkəti etməyi məsləhət görənlər də var.

Bir istifadəçi isə Starlinkin peyklərini “dəmir-dümür qalağı” adlandırıb.

Çinin özü də az problem yaratmır

Harvard-Smitson Astrofizika Mərkəzindən Conatan Makdauell deyib ki, kosmosda toqquşmalar nadir hadisə deyil.

Onun sözlərinə görə bu xüsusilə də indi, kosmosa buraxılan peyklərin sayının son dərəcə artması ilə bağlıdır.

Alim əlavə edib ki, “Starlink bu problemin böyük bir hissəsidir”.

Bununla belə Makdauell Çinin də bu məsələdə çox da “nümunəvi olmadığını” qeyd edib:

“İnsafən demək lazımdır ki, son on ildə ABŞ-ın Kosmik Stansiyası Çinin 2007-ci ildə keçirdiyi hərbi antipeyk sınağından qalma qırıntılardan dəfələrlə yayınmalı olub. Çin də bu məsələdə çox təmiz deyil. Kosmosa ən çox qırıntı tullantısı elə Çinin antipeyk sınaqları zamanı baş verib”.

XS
SM
MD
LG