Havanın çirklənməsinin təhlükəli səviyyəyə çatdığı Çinin paytaxtı Pekində rəsmilər yeni tədbirlər görməyə çalışırlar.
300 min köhnə maşını şəhər nəqliyyatından çıxarmağı planlaşdıran rəsmilər, şəhərin bəzi hissələrində kömürdən istifadənin də qarşısını almaq istəyirlər.
Pekinin bələdiyyə rəhbəri Cai Qi bildirib ki, qaydalara əməl etməyənlər cəzalanacaq.
O ilin sonuna qədər kömürdən istifadəni 30 faiz azaltmaq istədiklərini deyib.