Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 05:09

Çilidəki etirazlarda 1 milyondan çox adam iştirak edib


Santiyaqo, 25 oktyabr 2019
Santiyaqo, 25 oktyabr 2019

Çilinin paytaxtı Santyaqoda davam edən etiraz aksiyasında cümə günü 1 milyondan çox adam iştirak edib. Bu barədə Reuters məlumat yayıb. Etirazçılar ölkədə sosial və konstitusiya islahatları, o cümlədən ötən il seçilmiş ölkə prezidentinin istefasını tələb edirlər.

Əllərində milli bayraq və müxtəlif siyasi şüarlar olan aksiyaçılar ətraf ərazidən şəhərin mərkəzinə doğru bir -neçə kilometr yol qət ediblər. Bu zaman hər hansı ciddi problemlər yaşanmasa da etirazçıların parlamentin binasına yaxınlaşmasına imkan verilməyib. Washington Post-un yazdığına görə, bu zaman aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Paytaxt meri Karla Rubilar insanların bu kütləviliyini "tarixi" etiraz aksiyası adlandırıb.

. "Paytaxt regionu təxminən milyon iştirakçı ilə yürüş etdi, onlar yeni bir Çilinin xəyalını təsvir etdilər" deyə mer tvitterdə yazıb.

Çilidə etirazlar bir həftədən çoxdur ki, davam edir. İlkin olaraq adamlar metroda gediş haqqının qaldırılmasına etiraz ediblər. Başlanğıcda sakit davam edən aksiya sonralar küçə iğtişaşları ilə müşayət olunub, yanğın və oğurluqlar başlayıb. Bu zaman ən azı 19 nəfər ölüb, 585 nəfər yaralanıb. Bundan sonra paytaxt Santyaqo və ətraf iri şəhərlərdə fövqəladə vəziyyət tətbiq edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG