Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:34

Çexiya prezidenti “antiislam mitinqi”nə qatılıb


O “qatillər və dini nifrət mədəniyyətinə” malik miqrantlar barədə ayıq-sayıq olmağa çağırıb.

Çexiya prezidenti Milos Zeman “İslama Qarşı Blok” adlanan təşkilatın etiraz mitinqində çıxış edib.

O “qatillər və dini nifrət mədəniyyətinə” malik miqrantlar barədə ayıq-sayıq olmağa çağırıb.

Mitinqə toplaşanların əllərindəki plakatlarda “Biz Praqanın Parisə çevrilməsini istəmirik” şüarları yazılmışdı

Noyabrın 17-də keçirilmiş mitinq, 1989-cu ildə kommunist rejiminə son qoymuş “Məxmər inqilabı”nın ildönümü gününə təsadüf edirdi.

Mitinqə toplaşanların əllərindəki plakatlarda “Biz Praqanın Parisə çevrilməsini istəmirik” şüarları yazılmışdı.

Müxbirlər bildirirlər ki, Çexiyada bir çoxları müsəlman miqrantların axını ilə terror hədələrini eyniləşdirirlər.

Milos Zeman öz çıxışında İslam fundamentalizmindən doğan təhlükələri pisləyib.

Prezidentin çıxışı alqışlarla müşayiət olunub.

Çexlər ksenofob deyillər

Zeman deyib ki, çexlər ksenofob deyillər və bundan əvvəlki qaçqınları qəbul ediblər. Lakin o əlavə edib ki, əvvəllər gələn qaçqınların mədəniyyəti Avropa dəyərləri ilə uyarlı idi və “qatillər və dini nifrət mədəniyyəti” deyildi.

Zeman müsəlman miqrantlara qarşıdır
Zeman müsəlman miqrantlara qarşıdır

“Mən bilirəm ki, bu miqrantların əksəriyyəti gənc və gümrah adamlardır. Təəccüb edirəm: bu adamlar niyə öz vətənlərini İslam Dövlətindən azad etmək üçün vuruşmurlar” – deyib Çexiya prezidenti.

Prezident həmçinin qaçqınların müxtəlif ölkələrdə yerləşdirilməsi üçün Avropa İttifaqı tərəfindən icbari kvotanın verilməsinə qarşı olduğunu bildirib.

Zeman mövqeyini dəyişməyəcək

Bu arada BMT insan haqları komissarı Zeyd Raad al-Husseyn Çexiya prezidentini islamofob bəyanatlarına görə tənqid edib.

Çexiyada "saxlanma məntəqəsi"
Çexiyada "saxlanma məntəqəsi"

O deyib ki, Çexiya miqrantlara münasibətdə insan haqlarını kobud şəkildə pozur, bu ölkəyə pənah gətirənlər, uşaqlar da daxil, 90 gün müddətində “qaçqın düşərgələrində”, ağır şəraitdə saxlanır.

BMT komissarı deyib ki, Çexiyaya gəlmiş miqrantların üst-başı axtarılır və “onların öz həbslərinin xərcləri” üçün ciblərindəki pullar əllərindən alınır.

Lakin prezident Zemanın sözçüsü bu tənqidləri təkzib edərək deyib ki, “prezident İslam təməlçiliyi təhlükəsi barədə çoxdan xəbərdarlıq etmişdi və bu gün də öz mövqeyini dəyişməyib və xarici təzyiq altında dəyişməyəcək”.

XS
SM
MD
LG