Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:51

Toğrul Vəliyevin namizədliyi qeydə alınıb


Arxiv foto
Arxiv foto

«Hərəkət» Seçki Blokunun üzvü Toğrul Vəliyevin deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə AzadlıqRadiosuna T.Vəliyevin özü bildirib.

T.Vəliyevin sözlərinə görə, onu bu gün, yanvarın 6-da 23 saylı Nəsimi-Səbail dairə seçki komissiyasına (DSK) dəvət edərək namizədliyinin qeydə alındığını deyiblər: «DSK sədri mənə namizədliyimin qeydə alındığını bildirdi. Düzdür, əvvəl qərarın surətini vermirdilər, uzadırdılar. Sonra isə təqdim etdilər. Beləliklə, namizədliyim qeydə alındı».

23 saylı Nəsimi-Səbail dairə seçki komissiyasından da «Turan» agentliyinə T.Vəliyevin namizədliyinin qeydə alınmasını təsdiqləyiblər.

4 imza namizəd olmağa əngəl yarada bilər

"Hərəkət" Seçki Blokundan növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən Toğrul Vəliyev təqdim etdiyi imzalardan bəzilərinin etibarsız sayılması üzündən qeydiyyata alınmaya bilər.

Bu barədə məlumat verən T. Vəliyev bildirib ki, onu bu gün, yanvarın 4-də 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasına (DSK) dəvət ediblər:

"Mən bir neçə gün əvvəl imza vərəqələrini DSK-ya təqdim etmişəm. Bu gün isə DSK-ya gələndə sədr mənə dedi ki, xoş xəbər verə bilməyəcək və təqdim etdiyim 488 imza arasında 42 etibarsız imza tapılıb. Yəni lazım olan 450 imzadan yalnız 446 etibarlıdır və məni bu səbəbdən qeydə ala bilməzlər".

T. Vəliyev əlavə edib ki, DSK etibarsız imzaları maraqlı sistem vasitəsilə "tapıb":

"Mənə deyilib ki, etibarsız imzalar arasında 20-si "sistemdə" tapılmayıb. Sistemin adını soruşanda məlum oldu ki, Nəsimi və Səbail rayonlarında qeydiyyatdan keçmiş şəxslərin sistemi nəzərdə tutulur. Öz növbəmdə bu adamları yanımda yoxlamağı təklif etdim. 3 nəfəri yoxlayanda onlar həm seçicilərin siyahısında, həm də dedikləri "sistemdə" tapıldı. Sadəcə işçi nəyə görəsə "Romanenko" yerinə "Romenenko" ya da "Hüseynova Tamila" yerinə "Hüseynovatamila" axtarırdı. Bundan sonra axtarış dərhal dayandırıldı".

T.Vəliyev vurğulayıb ki, qərar barədə soruşanda ona bunun birinci gün, yanvarın 6-da təqdim ediləcəyi barədə məlumat verilib:

"Amma rəyə görə "imtina"-dır deyildi. Sonra isə sədr mövzuya heç bir aidiyyatı olmayan suallar verdi. Sonda da xəbər verdi ki, İşçi qrupu bir də yoxlayacaq. Amma qərarın necə olması bəlli deyil. Görüşün sonunda heç bir sənəd almadım və ona görə, bu gün ( yanvarın 4-də) çağrılmağımın mənasını başa düşmədim".

“ Turan” Agentliyinin məlumatına görə, 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasından məsələ ilə bağlı onlara deyilib ki, T. Vəliyevlə bağlı qərar, hələ ki, qəbul edilməyib.

"Vəliyevi yəqin ki, sədr çağırmışdı və bunun səbəblərini bilmirəm. Amma bildiyim qədər qərar hələ ki, yoxdur. Sədrin özü yerində yoxdur, Mərkəzi Seçki Komissiyasına gedib", - deyə xəbərə görə, qurumdan bildirilib.

Ondan çox müstəqil namizədin daxil olduğu "Hərəkət” Seçki Bloku dekabrın 25-də təqdimat mərasimi keçirmişdi.

Xatırlatma

Ötən il noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib.

Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib.Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Bir gün sonra prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində, Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG