Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

Darvinin təkamül nəzəriyyəsi elmi sübut olunur?


Alimlər deyir ki, Charles Darvinin yazdığı "təkamül" onların gözü qarşısında baş verib.
Alimlər deyir ki, Charles Darvinin yazdığı "təkamül" onların gözü qarşısında baş verib.

-

"Zamanın əli dəymədən biz davam etməkdə olan bu yavaş dəyişikliyi görmürük. Biz bircə onu görürük ki, həyatın formaları indi əvvəl olduqlarından daha fərqlidirlər"- deyə, Charles Darwin özünün "Növlərin mənşəyi" kitabında yazırdı.

Bəlkə də Darwin Qalapagosda kifayət qədər çox vaxt keçirməmişdi. Təkamül bu adalarda 40 ildən çox işləmiş bioloqlar cütlüyü Peter and Rosemary Grantın gözləri qarşısında baş verib.

ALİMLƏR DEYİR Kİ, ONLAR TƏKAMÜLƏ ŞAHİD OLUBLAR

Peter və Rosemary Grantların hər ikisi Princeton Universitetinin emerirus professorlarıdır. Onlar İsveçin Uppsala Universitetində də birlikdə çalışırlar.
On il əvvəl Böyük Dafne adası quraqlıqdan əziyyət çəkdi. Bu konusvari vulkanik adada bəzi kaktus növləri və iki alacəhrə növü - ortaboy və iri yer alacəhrəsi yaşayır. Quraqlığın yaratdığı yemək qıtlığına görə dimdiyi daha böyük olan iri yer alacəhrəsi sıradan çıxmağa başlayıb. Ancaq bir ilin içində ortaboy alacəhrənin dimdiyi nəzərəçarpacaq dərəcədə ensizləşib. Üstəlik, Darwinin dövründə müasir genetikanın verdiyi imkanlar olmasa da, Grant cütlüyü indi bu imkanlardan yararlanaraq, təkamülün necə baş verdiyini də aşkar edə biliblər.

EYNİ GEN İTLƏRDƏ, ATLARDA HƏTTA İNSANLARDA DA VAR.

Bu həftə "Science" jurnalında dərc etdirdikləri məqalədə alimlər alacəhrənin DNT-nin bir hissəsi olan HMGA2 geni tapdıqlarını yazırlar. Dəyişikliyə məhz bu gen səbəb olub.

Alacəhrələrdə HMGA2 geni dimdiyin ölçüsünə cavabdeh olan genlər arasında ən həlledici olanıdır. Eyni genə itlərdə, atlarda, hətta insanlarda da rast gəlinir. Ancaq bu canlılarda o, bədənin ölçüsünə və qamətə cavabdehdir.
Quraqlıq vaxtı məhv olmuş ortaboy alacəhrələrin DNT-sini araşdıran alimlər aşkar ediblər ki, bu quşlarda sözügedən genin iri dimdiyə yol açan versiyası olub. Sağ qalan quşlar məhz kiçik dimdiyi olanlardır.

HMGA2 geninin alacəhrələrin dimdik ölçüsünə və insanların boyuna təsir mexanizmi hələ məlum deyil. Grant cütlüyü düşünür ki, onların Böyük Dafne quraqlığı zamanı müşahidə etdikləri iri dimdikdən xırda dimdiyə keçidi təbii seçmənin bu vaxta qədər qeydə alınmış ən nəzərəçarpan nümunələrindən biridir.

200 MİLYON İL ÖNCƏ

Grant cütlüyü araşdırmalarına görə, bu quşların ümumi əcdadı 2 milyon il əvvəl bu adaya gələndən bəri təkamül, növlərarası cütləşmə və ətraf mühitə uyğunlaşma prosesi davam edib.

Grantlar Böyük Dafnedə hibridləşmənin də bir nümunəsinə şahid olublar. 80-ci illərin əvvəllərndə adaya yeni köçmüş "Böyük quş" adlı növ ortaboy alacəhrə ilə cütləşərək, yeni şəcərə yaradıb. Bu yeni şəcərə artıq yeddi nəsildir ki, davam edir. Ancaq Grantlar bunun yeni bir növün yaranışı olduğunu iddia etmirlər. Belə ki, növlərarası çarpazlaşmanın məhsulu olan bu hibrid zamanla ətraf mühitə uyğunlaşmayıb sıradan çıxa bilər.

YENİ SUALLAR

Kanadanın Britaniya Kolumbiyası Universitetindən bioloq Dolph Schluter deyir ki, alimlərin bu kəşfi növlərin ayrılması və yeni gen variantlarının yaranması ilə bağlı tamamilə yeni suallar ortaya qoyur.
“Bir tərəfdən bu heç nəyi dəyişmir, çünki biz o quraqlıq vaxtı yaranmış rəqabətin təkamüllə nəticələndiyini bilirdik. Ancaq digər tərəfdən bu hər şeyi dəyişir, çünki indi biz bu dəyişikliyin fiziki, maddi bazasından danışa bilirik," deyə alim vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG