Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:30

Ermənistan Aznavour-u yad edir


Yerevandakı Charles Aznavour meydanında əklillər düzülür
Yerevandakı Charles Aznavour meydanında əklillər düzülür

Ermənistanın paytaxtı Yerevanda minlərlə insan müğənni Charles Aznavour-un xatirə kitabını imzalamaq və ona son bir dəfə ehtiramlarını ifadə etmək üçün toplaşmışdı.

Görkəmli sənətçi və ermənilərin ən tanınmış nümayəndələrindən biri oktyabrın 1-də 94 yaşında, Fransanın cənubundakı evlərindən birində vəfat edib.

Oktyabrın 2-də bütün Yerevan boyunca metro stansiyalarında, mağazalarda və kafelərdə Aznavour-un mahnıları səslənirdi, onun portreti və plakatları küçələrdə asılmışdı.

Xatirə mərasiminə toplaşanlar Aznavour-un adını daşıyan meydandakı abidənin qarşısına gül-çiçək dəstələri, əklillər düzürdülər.

Oktyabrın 2-də Ermənistanın Milli Məclisi müğənninin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Parlamentin spikeri Ara Babloyan xatirə kitabında ürək sözlərini yazdıqdan sonra deyib: "Bu çox böyük ağrıdır. Lakin belə bir insanın öz istedadı, bacarığı və musiqisi ilə dünyanı heyrətə gətriməsi həm də böyük iftixar hissidir”.

Baş nazir Nikol Pashinian Facebook səhifəsində yazıb ki, Aznavour-un ölümü “çox böyük insan itkisidir”.

Prezident Aram Sarkisyan deyib ki, “bəşəriyyət özünün 20-ci əsrdə ən incə qəlblərindən birini itirib”.

Aznavour-un vəfatı Fransada da böyük kədər hissi yaradıb. Prezident Emmanuel Macron müğənnini “əsl fransız, ruhən erməni köklərinə bağlı insan” adlandırıb.

Fransada mühacir ailəsində dünyaya gəlmiş Aznavour-un 80 ölkədə 100 milyon səs yazısı satılıb.

1924-cü ildə Parisdə Shahnour Varinag Aznavourian adı ilə doğulmuş müğənni musiqi karyerasına 1940-1950-ci illərdə öz mahnılarını Edith Piaf, Maurice Chevalier və Charles Trenet kimi sənətçilərə oxutdurmaqla başlayıb.

Aznavour dünya şöhrətini Piaf onu İkinci Dünya Müharibəsindən sonra Fransa və Birləşmiş Ştatlar turlarına çıxardıqdan sonra tapıb.

Onun ən məşhur əsərlərindən biri də bəzi epizodları Bakıda çəkilmiş “Tehran-43” filmində səslənmiş “Əbədi sevgi” mahnısıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG