Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:29

Çağırışdan möhlət hüququ olanlar artdı


►Bundan sonra magistratura və doktorantura səviyyələrində təhsil alanlar da hərbi çağırışdan möhlət hüququna sahib olacaqlar

Ölkə parlamenti iyunun 14-də bununla əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri müzakirə edib.

Modern.az-ın xəbərinə görə, dəyişiklik layihəsi haqda məlumat verən vitse-spiker Ziyafət Əsgərov deyib ki, indiyədək ancaq bakalavr pilləsində təhsil alanlar belə hüquqa sahib idi.

“Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq”, vitse-spiker deyib.

Dəyişikliyə əsasən, xarici ölkələrdə əyani təhsil alanlara bakalavr, magistratura və doktorantura səviyyələrində möhlət hüququ veriləcək.

Eyni zamanda ali baza tibb təhsili və rezidenturada oxuyanlar da təhsili bitirənədək bu hüquqdan yararlanacaqlar.

Qanuna təklif edilən daha bir dəyişiklik Azərbaycanda elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilməsi ilə bağlı olub.

Parlament dəyişiklikləri qəbul edib.

Buna da bax: Əsgər atası: «Oğlumu öldürüblər...»

Əsgər atası: «Oğlumu öldürüblər...»
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG