Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:00

Çex telekanalı Rusiya sənədli filminin nümayişinə görə tənbeh olunur


Tarixi foto: Stalin (arxa planda), Lavrenti Beriya və Stalinin qızı Svetlana (1935-ci il)
Tarixi foto: Stalin (arxa planda), Lavrenti Beriya və Stalinin qızı Svetlana (1935-ci il)

Çexiyada medianı tənzimləyən qurum, ölkə ictimai televiziyasında Sovet liderləri barədə sənədli filmin efirə verilməsini yayın qaydalarının pozulması kimi qiymətləndirib.

Çexiyanın CT telekanalının yayınladığı səkkiz hissədən ibarət “Unudulmuş rəhbərlər” sənədli filminin iki seriyası bədnam sovet məxfi polisinin rəisi Lavrenti Beriyaya həsr edilmişdi.

Çexiyanın Televizya və Radio Şurası bildirib ki, bu filmdə Beriyanın rəhbərlik uğurları qabardılaraq onun Stalinin repressiyalarındakı rolu ya arxa plana çəkilib, ya da üstündən sükutla keçilib.

Çexiya dövlət media gözətçisinin bu hərəkəti Kremlin Çexiya Respublikasında, xüsusilə də moskvayönlü prezident Milos Zemanın təkrar seçilməyə çalışdığı bir vaxtda Rusiyanın öz təbliğat səylərini artırdığı zamana təsadüf edib.

Zeman özünün rusiyayönlü mövqeyi ilə 10, 5 milyonluq əhalisi olan ölkədə ictimai rəyi parçalayıb. O həm də özünün güclü antimühacir sentimenti ilə tanınır.

Zeman eyni həm də ölkəsinin Avropa İttifaqı və NATO-dakı üzvlüyü məsələsinin referenduma qoyulmasını təklif edir, hərçənd hər iki qurumda üzvlüyü dəstəklədiyini deyir.

73 yaşlı Zemam prezident seçkisinin 26-27 yanvarda keçiriləcək ikinci turunda avropayönlü Jiri Drahosla yarışacaq.

Media tənzimləyicisi CT kanalına buraxdığı səhvləri düzəltməyi tapşırıb, hərçənd artıq efirə getmiş veriliş barədə nə kimi tədbirin görülə biləcəyi aydın deyil.

Çexiya Televiziya və Radio Şurasının sədri Ivan Krejci izah edib ki, onun tənqidi daha çox belə səhvlərin təkrar olunmaması üçün xəbərdarlıq kimi qəbul edilməlidir.

2016-cı ildə Çexiyada keçirilmiş araşdırma göstərib ki, Rusiyanın bu ölkədə apardığı təbliğat Avropa və onun təsisatları arasına ixtilaf salamaq məqsədi daşıyır.

Çexiya Təhlükəsizlik Xidməti 2017-ci ildə bildirib ki, Ukraynada münaqişə başlanandan bəri Rusiya Çexiyadakı təbliğat əməliyyatlarını gücləndirib.

Çexiya Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Terrorizm və Hibrid Təhlükələrlə Mübarizə departamenti yaradılıb. Bu qurumun əsas vəzifəsi terrorizmlə, habelə xarici dövlətlərin təbliğatı ilə mübarizədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG