Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Çexiyanın xüsusi xidməti Rusiyanı ən böyük təhlükə sayır


Foto arxiv
Foto arxiv

Rusiyanın xüsusi xidməti 2017-ci ildə Çexiyanın xarici işlər nazirliyinə kiberhücumlar edib.

Çexiya təhlükəsizlik xidmətinin dekabrın 3-də yaydığı hesabatda belə deyilir.

Hesabatda, bildirilir ki, Rusiya Çexiyanın təhlükəsizliyinə, terrorçu təşkilatlar, mütəşəkkil cinayətkarlıq və ölkənin özündəki ekstremist qüvvələrdən daha çox təhlükədir.

Çexiyanın xüsusi xidməti həmçinin Rusiyanı, ölkə ərazisində NATO və Avropa Birliyinin zəiflədilməsinə yönəlmiş “hybrid strategiyası” həyata keçirməkdə günahlandırır.

Söhbət casusluqla yanaşı, Rusiyanın bir sıra şirkət və müəssisələri öz nəzarətində keçirmək istəməsi və Moskvanın maraqlarına xidmət edən informasiya kampaniyası aparmasından gedir.

Hesabata görə hakerlər, Rusiya Federal Təhlükəsizlik Xidməti və Rusiya Hərbi Kəşfiyyatının təşkil etdiyi kiberhücumlar nəticəsində, Çexiya Xarici İşlər nazirliyinin təxminən 150 əməkdaşının electron poçtuna girə biliblər.

Çexiyanın “Respekt” nəşri yazır ki, ölkənin təhlükəsizlik və informasiya xidmətləri bu məsələyə ilk dəfə toxunmur, amma heç vaxt bu qədər açıq və konkret misallar göstərməyib.

Hesabaqtda həmçinin Çinin xüsusi xidmətinin ölkədə fəallaşdığı qeyd edilir.

Rusiya hakimiyyəti hələ ki, bu ittihamlara münasibət bildirməyib.

XS
SM
MD
LG