Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 03:39

Rusiya diplomatlarına çağırış: 'Dövlətiniz sizi aldadıb'


Praqada etiraz nümayişi (Arxiv fotosu)
Praqada etiraz nümayişi (Arxiv fotosu)

Məktubda rusiyalı diplomatlara “şərə qulluq edənlərin” çevrəsindən çıxmaları və “batmaqda olan gəmini” tərk etmələri üçün “yalvarış” edilir

Çexiya XİN Rusiya diplomatlarına onları Ukrayna müharibəsinə dəstək verməməyə çağıran açıq məktub yazıb.

Reuters xəbər verir ki, məktub aprelin 1-də XİN-in Twitter hesabında ingilis və rus dillərində dərc olunub.

Məktub Rusiyanın yalnız Çexiyadakı deyil, bütün dünya boyunca xidmətdə olan diplomatlarına üznvanlanıb.

Məktubda diplomatlara “həmkarlarımız” deyə müraciət olunur:

"Biz siyasi elitanın milli maraqlara zidd hərəkət etdiyini dərk etməyə qabilik. Yəqin bir çoxlarınız dərk etmisiniz ki, dövlətinizin rəhbərliyi sizi aldadıb”.

Məktubda Rusiyanın Ukraynda başlatdığı müharibənin gətirdiyi dağıntılardan, dinc insanların həlak olmasından bəhs olunur.

Ukrayna rəsmisi: Rusiya ordusu Kiyev ətrafında sıxışdırılır
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Yalvarış

Məktub müəlliflərinin fikrincə, Rusiyada “korrupsiyalaşmış və gerontokratiyaya çevrilən” hakimiyyətin günahı üzündən ölkə “keçmişin qaranlığına” yuvarlanır.

Bu da qeyd olunur ki, Rusiya rəhbərliyini sonda hərbi cinayətlərə görə məsuliyyət gözləyir.

Məktubda rusiyalı diplomatlara “şərə qulluq edənlərin” çevrəsindən çıxmaları və “batmaqda olan gəmini” tərk etmələri üçün “yalvarış” edilir.

Rusiya XİN və Rusiyanın Çexiyadakı səfirliyi məktuba hələki reaksiya verməyiblər.

Çexiya Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı qızğın mübarizə aparan ölkələrdən biridir.

Çexiyanın baş naziri Petr Fiala müdaxilənin əvvəlində Kiiyevə səfər edən azsaylı ölkə başçılarından biri olub.

Çexiyada Rusiyanın Ukraynaya qarşı müharibəsinə çoxsaylı və izdihamlı etiraz aksiyaları keçirilir, Ukrayna qaçqınlarına hər cür qayğı göstərilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG