Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 17:07

Cermuxda hələ də Azərbaycan əsgərlərinin qaldığı xəbər verilir (Video)


Rus əsgərləri Qarabağdan çıxacaqmı? ‘Volski variantına imkan vermərik’
Gözlə

No media source currently available

0:00 0:15:54 0:00

Rus əsgərləri Qarabağdan çıxacaqmı? ‘Volski variantına imkan vermərik’

Bugünlərdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryan əmin etmişdi ki, Azərbaycan qüvvələri “itki verərək” geri çəkilib

Ermənistanda Vayotsdzor vilayətinin qubernatoru Ararat Qriqoryan nobarın 7-də AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun sualına cavab verərkən sentyabrın 13-də Cermux ərazisinə daxil olmuş Azərbaycan əsgərlərinin hələ də orada olmasını təsdiqləyib:

“Baş qərargah rəisinin onların çıxıb getməsi barədə bəyanatına baxmayaraq, hər halda biz onları hələ də orda görürük...Onları Cermuxdan görmək mümkündür”.

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Bugünlərdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryan əmin etmişdi ki, Azərbaycan qüvvələri “itki verərək” geri çəkilib.

Qubernator vəziyyətdən narahat olub-olmadığı barədə suala cavab olaraq deyib:

“Təbii ki, bu, narahatlıq doğurmaya bilməz. Sadəcə olaraq gördüyümüz tədbirlər bizə deməyə əsas verir ki, bizim istənilən təcavüzə cavab vermək imkanımız var”.

Aİ müşahidəçiləri

Qriqoryan deyib ki, o şəxsən nə müdafiə naziri, nə də baş qərargah rəisi ilə əlaqə saxlamayıb:

“Mən bizim korpusun komandiri ilə danışmışam. Biz gündəlik əlaqə saxlayırıq. Bizim bu barədə informasiyamız var və biz bu məsələni təhlil etmişik”.

Qubernator bildirib ki, o habelə vəziyyət barədə Avropa İttifaqının müşahidəçilərini məlumatlandırıb.

Ararat Qriqoryan ümid etdiyini bildirib ki, müşahidəçilərin Vayotsdzorda olması sərhəddəki gərginlikdə çəkindirici rol oynayır.

Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan deyib ki, son günlər atəşkəsin pozulma halları baş verməyib və onun fikrincə bu, Aİ müşahidəçilərinin sərhəddə olmasına görədir.

Qubernatorun sözlərinə görə həftəsonu atəşkəs pozulub.

Qaragöl ətrafında yaşayan ermənilər: 'Axşamlar çaxır içirik ki, qorxmayaq'
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00

Əhali Cermuka qayıdır

Sarkisyan deyib ki, Aİ missiyası Martunidə yerləşir, amma 8 müşahidəçi 11 sərhədyanı məntəqəni monitorinq edir.

Geqarkunik və Vayotsdzor qubernatorları sentyabrın 13-də Azərbaycanın hücumundan sonra sərhədyanı məntəqələrdə həyatın tədricən normala qayıtdığını deyiblər.

Bununla belə Vayotdzor qubernatorunun sözlərinə görə Cermux əhalisinin 15-20 faizi hələ də evlərinə qayıtmayıb.

Rusiyada İT üzrə mütəxəssis səfərbərliyə görə meşədə qurduğu gizli çadırdan işləyir
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

O əlavə edib ki, şəhərdə uşaq bağçaları və məktəblər işləyir, amma turist axını tam bərpa olunmayıb.

Bundan başqa “Azərbaycan qüvvələrinin hücumu nəticəsində sıradan çıxmış kanat yollu” hələ də işləmir.

XS
SM
MD
LG