Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 05:40

Prezidentin cənub rayonlarına səfərinin pərdəarxası...


Prezident İlham Əliyev Lənkəranda «Astaraçay» MMC-nin çay plantasiyalarına baxıb

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədinə qədər çəkilən yolda neçə illərdir, iş davam edir.

Lənkəran və Masallı ərazisində olan körpülər artıq hazırdır.

Prezident İlham Əliyev sentyabrın 2-si Cəlilabad rayonunda səfərdə olarkən bu yolun 22.2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.

***Buna da bax-Prezident: 'İşləmək istəyən özü üçün iş tapar'

Yolun Astara hissəsində tikilən körpüdə neçə vaxt idi ki, inşaat işləri dayanmışdı. Səbəb kimi, yolun istiqamətinin dəyişəcəyini deyirdilər. Son zamanlar körpünün altından keçəcək yolun salınmasına başlanıb. Körpüdə də işlər gedir...

«ƏKİN YERLƏRİ YOLUN ALTINDA QALDI...»

Bir yerli sakinin dediyinə görə, yeni yol göz oxşasa da, onlara problemlər də gətirib:

«Yeni yol kəsə yoldur. Əkin sahələrindən keçir. Nə qədər əkin yerləri yolun altında qaldı...».

Masallı
Masallı

Adının çəkilməsini istəməyən Masallı sakini isə deyir ki, kəndən keçən çayı qazıblar və çınqılı həmin yollara töküblər:

«Gedin baxın, ərazini nə günə qoyublar, dağıdıblar. Mən bir söz demirəm, yaxşı yolumuz olacaq. Lakin qaş düzəldəndə göz çıxarmazlar...».

***Buna da bax-Prezident: '7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar artırmışıq'

PREZİDENT CƏLİLABADA GƏLƏNDƏ...

Prezident İlham Əliyev sentyabrın 2-si Cəlilabad rayonuna gəlib.

Dövlət başçısı Cəlilabad rayonuna səfəri çərçivəsində «Günəşli-Aqro» Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkında yaradılan şəraitlə tanış olub.

Lənkəran
Lənkəran

Bundan əvvəl isə «Avanqard» Məhdud Məsuliyyətli Cəmiyyətin dənli və paxlalı bitkilərin təmizlənməsi, qablaşdırılması müəssisəsi istifadəyə verilib. Prezident həm bu, həm də başqa bir sıra yeni obyektin açılışına qatılıb.

Yerli sakinlər deyir ki, prezidentin səfəri ərəfəsində Bakı-Astara yolunun kənarında kənd təsərrüfatı məhsulları satan insanlar yığışdırılıb:

***Buna da bax-V.Məhərrəmli: 'Dövlət başçısı situasiyanı şərh edəcək məlumata malik deyil'

«Yola yaxın ərazidə yetişdirilən kartof, soğan, boranı, çiyələk, qarğıdalı yola çıxarılıb satılardı. Polis qoymadı. Gəldilər sökdülər. Deyirlər, gedin bazarda satın. Camaat da qorxur, daha küçəyə çıxmadılar. Prezident gəldi-getdi, amma yenə qoymurlar...».

AT ARABASI BENZİN TƏLƏB ETMİR...

Prezident Cəlilabad rayonundan isə Lənkərana gedib. Sentyabrın 3-ü Lənkəranda prezident İlham Əliyevin sədrliyi ilə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Prezident çıxışında deyib ki, bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib...

At arabası
At arabası

Ancaq əkin sahələrində at arabası sürən bir əkinçi ilə tanış oluram. O deyir ki, indi kənddə bir çoxları at arabası sürür:

«At arabası ilə əkin sahələrində rahatlıqla hərəkət etmək olur. Benzin tələb etmir. Mənim sağ əlimdir. Atdır da. Lazım olanda, satıram. Yenə ehtiyatda atım var. Bilirsən, indi kasıb çoxdur. Əvvəllər kəndə kasıbı o birilərdən ayırmaq çətin idi. İndi hər şey ovuc içi kimi görünür. Qurban bayramında gördük. Ailələr var idi ki, dillərinə ət dəymədi».

«ARZULAYIRAM Kİ, PREZİDENT İLDƏ BİR DƏFƏ...»

Yolda söhbət etdiyim sürücülər deyir ki, prezident bölgəyə gələndə yollar bağlı olub. Bəzi maşınlar saatlarla yolda gözləmək məcburiyyəti qarşısında qalıb, onları evlərinə buraxmayıblar.

Ancaq bur sürücü isə deyir ki, prezidentin gəlişinin onlara xeyri dəyib:

«Yolun Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara hissəsi pis halda idi. Biləsuvardan keçən yolun iki kilometri keçilməz hala düşmüşdü. Prezidentin gəlişi ilə bağlı yolları üç-dörd gün ərzində təmir etdilər. Heç vaxt yollar belə rahat olmamışdı. Arzulayıram ki, prezident ildə bir dəfə bu yollara baş çəksin...».

XS
SM
MD
LG