Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:15

Cənub rayonlarında prezidenti gözləyirlər...


İlham Əliyev, Qobustan, 2 oktyabr 2017
İlham Əliyev, Qobustan, 2 oktyabr 2017

Azərbaycanın cənub bölgəsinin rayonlarında prezidentin gözlənilən səfəri ilə bağlı bir aydan çoxdur ki, abadlıq işləri gedir. Rayonlarda müxtəlif obyektlərin açılışı gözlənir. Onlardan biri Astara-Ələt ipək yoludur. Bundan başqa, Astara şəhərinə yeni çəkilmiş içməli su xəttin açılışı da olmalıdır...

Astara şəhərinə içməli suyun çəkilişi hər üç dövlət proqramında nəzərdə tutulub. Su çəkilişi hər dəfə təxirə salınırdı. Son iki ildə Astara şəhərinə içməli suyun çəkilişi davam edir. Su Lənkəran rayonun Xanbulan dəryaçasından çəkilir. Sayğaclar quraşdırılıb. Su veriləcək abonentlər müəyyənləşib.

“Deyirlər ki, sayğacdan sonra evə qədər xətti siz çəkin”

Astara şəhər sakini Akif Məmmədovun sözlərinə görə, həyətyanı sahəsi var və fərdi evdə yaşayır:

Astarada quraşdırılan yeni su sayğacları
Astarada quraşdırılan yeni su sayğacları

“Ata-baba evi də burada olub. Həmişə əl ilə qazılmış quyu suyundan istifadə etmişik. Bizdə 3-4 metrdə şirin su çıxır. Çox vaxtı suyu əl ilə çəkirik. Həm içirik, həm də digər işləri görürük. İçməli su ilə bağlı problemimiz olmayıb. Bizim üçün indi su çəkiblər, sayağac qoyublar. Su da gəlir. Gördüm ki, su içmək üçün yararlı deyil, su təmizlənməlidir. Deyirlər ki, sayğacdan sonra evə qədər xətti siz çəkin. Sayağacla yaşadığım ev arasında 200 metrdən çox məsafə var. Bu xətti çəkmək üçün 300 manata yaxın xərc istəyir. Mənim pensiyam 200 manat etmir. Deyilər ki, hələ gözləyin, sudan istifadə etməyin. Elə bil oyun oynayırlar...”

“Pulu haradan alaq? ”

Beş mərtəbəli yaşayış binasında yaşayan Əfqan Abbasov da sudan hələ istifadə etmədiyini deyir:

“20 ilə yaxındır ki, binalara su gəlmir. Bina evində yaşasaq da özümüzə su quyusu qazmışıq. Hərənin su quyusu var, istifadə edir. Yeni su xətti çəkilib, gözləyirik ki, su gəlsin. Su gəlmir. Yeni xətt binanın su xəttinə birləşdirilməyib. Sayğac qapının ağzındadır... Köhnə borular yaramır. Bu da əlavə vəsait tələb edir. Binlarda yaşayanlar kasıb adamlardır. Pulu haradan alaq? ”

“Deyirlər ki, prezident gəlib açılış edər,...”

Astara su idarəsinin yeni binası, 9 sentyabr 2018
Astara su idarəsinin yeni binası, 9 sentyabr 2018

​Özünü Mirhəşim kimi təqdim edən sakinlərdən biri isə bunları deyir:

“Su yaxşı olsa istifadə edərik. Deyirlər ki,1 tonu 30 qəpik olacaq. Amma, indi istifadə etmirik. Çünki evə gedən su xəttinə birlşdirməmişik. Deyirlər ki, prezident gəlib açılış edər, ondan sonra su davamlı şəkildə gələcək.”

“Su Ümumidünya Səhiyyə Təşkilatın...”

Astara şəhər sakini Asən Həşimli isə vəziyyəti köklü şəkildə izah etməya çalışır:

“ Xanbulan dəryaçasından gələn su barəsində müxtəlif fikirlr var. Dəryaça dağdan gələn suyun hesabına dolur. Sovet dövründə inşa edilib. Əsasən əkin sahələrini suvarmaq üçün nəzərdə tutulub. İçməli suya ehtiyacımız var. Göszləyirdik ki, içməli suyu dağda yerləşən Sım kəndin bulağından gətiriləcək. Astara şəhəri susuz qalmışdı. 60-70-ci illərdə Alaşa kəndindən çəkilən su xətti dağılmışdı. Hərə bir yolla içməli su əldə edirdi. İndi şəhər əhalisi bir mənbədən gələn sudan istifadə edəcək. Suyun tərkibi yoxlanmalıdır. Su Ümumidünya Səhiyyə Təşkilatın standartlarına uyğun olmalıdır. Artıq iki ilə yaxındır ki, qonşu Lənkəran şəhər əhalisi bu sudan istifadə edir. Yağış yağanda, sel suları gələndə evlərə su bulanıq gəlir. Bu onu göstərir ki, su təmizləyici qurğular yaxşı işləmir.”

Asən Həşimli, Astara, 9 sentyabr 2018
Asən Həşimli, Astara, 9 sentyabr 2018

“Sovet dövründən qalma kanalizasiya xətti dağılıb”

Onun deməsinə görə, indi Astara şəhərin əsas problemlərindən biri kanalizasiyanın olmamsıdır:

“Regionların sosial-iqtisadi inkişafına dair hər üç Dövlət Proqramında Astara şəhərində kanalizasiya xəttin çəklişi də nəzərdə tutulub.Sovet dövründən qalma kanalizasiya xətti dağılıb. Çoxmərtəbəli yaşayış binaların zirzəmiləri çirkab suları ilə doludur. Astara şəhərin 20 minə yaxın əhalisi var, amma kanalizasiyası yoxdur. Kanalizasiya xəttini çəkməyə başalasalar yenidən küçələri dağıtmalı olacaqlar.”

Sakinlərin narahatlıqları ilə bağlı suallarımıza şəhər rəhbərliyindən münasibət ala bilmədik. “Azərsu” Açıq Səhimdar Cəmiyyəti (ASC) də sorğumuza cavab vermədi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG