Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Cənub rayonlarında leysan gözlənir 


Bakı yağışdan sonra
Bakı yağışdan sonra

Oktyabrın 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 13-15, gündüz 17-19, Bakıda gecə 13-15 , gündüz 16-18 dərəcə isti proqnozlaşdırılır.

Oktyabrın 7-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Lənkəran-Astara zonasında yağıntının leysana keçəcəyi proqnozlaşdırılır. Gecə 11-16, gündüz 18-23, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG