Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:42

Cəmil Həsənli buraxılıb. Əli Kərimli isə...


Əli Kərimli və Cəmil Həsənli,14 noyabr 2018
Əli Kərimli və Cəmil Həsənli,14 noyabr 2018

Milli Şura sədri Cəmil Həsənli sərbəst buraxılıb. Bu haqda o özü AzadlıqRadiosuna deyib.

AXCP sədri Əli Kərimli və 10-dan artıq cəbhəçi hələ də polis idarəsindədirlər.

Partiya üzvü Ruslan Qurbanlının 1000 manat cərimə edildikdən sonra buraxıldığı bildirilir.

***

Milli Dirçəliş Günündə Şəhidlər Xiyabanında saxlanılan AXCP üzvlərindən təxminən 30 nəfəri izahat alındıqdan sonra sərbəst buraxılıb. Bu haqda cəbhəçi fəallar özləri AzadlıqRadiosuna məlumat veriblər.

Ancaq Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli hələ də Polis İdarəsindədirlər. Onlarla bağlı hələlik məlumat verilmir.

***

Müxalifətçilər haqda inzibati protokol tutulduğu bildirilir

Şəhidlər Xiyabanının qarşısında saxlanılmış 30-dan artıq müxalifətçi hazırda Səbail rayon Polis İdarəsində saxlanılır.

Bu haqda idarənin qarşısına toplaşmış AXCP üzvləri bildiriblər.

Polis Bakıda müxalifət fəallarını saxlayır
Polis Bakıda müxalifət fəallarını saxlayır

Saxlanılan müxalifətçilərlə bağlı həyata keçirilən prosedurlar haqqında hələlik heç bir rəsmi açıqlama verilməyib.

Səbail rayon Polis İdarəsinin qarşısına toplaşmış AXCP-çilər 13 patiya üzvü barəsində inzibati protokol tərtib edildiyini deyirlər. Bu haqda onlara polis idarəsindən məlumat verilib.

Həmin müxalifətçilərin İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi ilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) məsuliyyətə cəlb ediləcəyi bildirilir. Sözügedən maddə fiziki şəxslər üçün 300 manatdan 3000 min manatadək cərimə və ya 160 - 240 saat ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs cəzası nəzərdə tutur.

AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də hazırda Səbail rayon Polis İdarəsindədir. Onlar barəsində inzibati protokol tərtib edilib-edilmədiyi haqda məlumat verilmir.

--

Noyabrın 17-də axşam saatlarında Səbail rayon Polis İdarəsinin qarşısında olan onlarla fəalı avtobusa mindirib aparıblar.

AXCP-dən verilən məlumata görə, avtobusla aparılan müxalifətçiləri polis "Azərbaycan" nəşriyyatınaın yaxınlığında sərbəst buraxıb.

Hazırda 30-dan artıq cəbhəçinin, eləcə də AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənlinin Səbail Rayon Polsi İdarəsində saxlandığı, onlardan izahat alındığı bildirilir.

--

17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilərin saxlandığı bildirilir.

Əli Kərimli ilə Cəmil Həsənli polisə aparıldılar
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Bu haqda Demokratik Qüvvələrin Milli Şurası-ndan bildiriblər.

Məlumata görə, quruma üzv olan siyasi birliklərin üzvləri kütləvi şkildə bu gün, noyabrın 17-də ziyarət məqsədi ilə Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumlarının əməkdaşlarının onları xiyabana buraxmadığı deyilir.

Əli Kərimli saxlanılıb polis bölməsinə aparılır
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

AXCP sədri polisə aparılır

Daha sonra ərziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinins axlandığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Ruslan Qurbanlı da saxlandığını deyib. Onun bildirməsinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail Rayon Polis İdarəsinə aparılıb. Saxlananlar arasında AXCP səderi Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.

AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda idarənin həyətində saxlanılır.

Hələlik, Daxili İşlər Nazirliyi və rəsmi qurumlardan müxalifətçilərin saxlanması ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Fasiləsiz keçirilən mitinqlər dekabın 5-də sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Bu il həmin hərəkatın 30 ili tamam olur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG