Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:19

Cəmil Həsənli: 'Bu vəziyyət belə davam edə bilməz'


Cəmil Həsənli, AzadlıqRadiosu- noyabr, 2014
Cəmil Həsənli, AzadlıqRadiosu- noyabr, 2014

“Heç bir yerdə müstəqilliyi asan qazanmaq olmur.Bizim xalqımız müstəqilliyi öz mübarizəsi, əzmi ilə qazanıb. Millətimiz bu müstəqilliyin bəhrəsini görürmü?

Bunu oktyabrın 16-da Milli Şuranın sədri Cəmil Həsənli AXCP sədri Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı önündə dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirdə deyib. Şura sədrinə görə,

"Bütün baş verənlər, Əliyev irticası dövründə müstəqilliyin nailiyyətlərinin xalqın əlindən alınması müəyyən qədər pessimiz meylləri yaradıb. Əminliklə deyirəm ki, bu pessimizmdə xalqımızın günahı yoxdur. Bütün bunlar xalqı bu vəziyyətə salan, müstəqilliyin bəhrəsini onun əlindən alan, ölkənin tam azad, müstəqil, demokratiya yolunda ciddi maneəyə çevrilən Əliyev rejimi ilə bağlıdır”.

Cəmil Həsənli bildirib ki, hazırkı iqtidarın müstəqillyin qazanılmasında heç bir rolu olmasa da, müstəqillikdən varlanmaq məqamı kimi istifadə edib:

“Ölkənin ən gəlirli sahələrini öz ailə üzvləri, qohum-əqrabalarına verməyə, neft pullarını bölüşdürməyi müstəqilik, idarəçilikkimi anlamağa başladılar. Nəticə etibarilə ölkəmiz gəlib bu günkü duruma düşdü”.

Milli Şuranın sədri deyib ki, 18 oktyabrın yetərincə bayram edilməsinə imkan verilməməsi, hətta iş günü hesab edilməsi hakimiyyətin müstəqilliyə münasibətindən irəi gəlir:

“Amma bu vəziyyət daimi ola bilməz. Bu vəziyyət dəyişilməlidir. Ölkədə azad mətbuat, demokratik seçki bərqərar edilməlidir. Demokratik seçki olmayan yerdə müstəqil siyasət ola bilməz”.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir.

2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayram kimi qalsa da, istirahət günü kimi qeyd edilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG