Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 16:18

Cəmi bir nəfər maksimum bal toplayıb


Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə bu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. Bu barədə DİM-in yaydığı məlumatda bildirilir.

Məlumata görə, imtahanda iştirakını ərizə ilə təsdiq etmiş 28699 abituriyentdən 408 nəfəri imtahana qatılmayıb.

Abituriyentlərdən 15 nəfəri isə qaydaları pozduqlarına görə, imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda III ixtisas qrupu üzrə cəmi bir abituriyent (Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu) təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum ( 400 ) bal toplayıb.

Bundan əvvəl isə digər ixtisas qrupları üzrə keçirilən imtahanların nəticələri açıqlanmışdı. İyulun 24-dən avqustun 6-na kimi isə internet vasitəsilə ixtsas seçimi aparılacaq.

Bu ildən buraxılış imtahanlarının nəticələri də qəbulda nəzərə alınır. Buraxilış imtahanlarında maksimum 300, qəbul imtahanlarında isə 400 bal toplamaq mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG