Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:39

Yağıntı ara verməyəndə narahatlığı artan kənd...


Sürüşmə. Foto arxiv

«Xeyli müddətdir bu yolda və ətrafında sürüşmə var. Düzdür, təmir işləri aparılıb, ancaq son günlərin yağışları yolun ayıblarını üzə çıxarır».

Cəlilabad – Yardımlı avtomobil yolunun ətrafında yaşayan sakinlər AzadlıqRadiosunun «Qaynar xətt»inə yazırlar ki, yolda təhlükəli vəziyyət yaranıb.

SÜRÜCÜLƏR YOLDAN KƏNARA ÇIXIR VƏ...

Yolun kənarındakı Pərdi kəndinin sakini İsmayıl Həsənov deyir, yolda vaxtaşırı təmir işləri aparılsa da, təhlükə qalır. Son günlərin intensiv yağıntıları isə sürüşmə təhlükəsini artırıb:

«Burda həm evlər var, həm qəbiristanlıq... Günbəgün sürüşmə aktivliyi hiss olunur. Yeni təmirdən çıxmış yolda da iri çatlar, kiçik yarğanlar əmələ gəlib. Sürücülər çatların üstündən keçməmək üçün yoldan kənara çıxmağa məcbur olurlar. Nəticədə tez-tez qəza baş verir. Evlərimiz təhlükədədir. Bütün yayı dövlət qurumlarına müraciət etdik ki, sürüşmənin qarşısını almağa tədbirlər görülsün».

Sakinləri narahat edən odur ki, yağıntı bir qədər də güclənsə və ara verməsə, torpaq sürüşməsinin miqyası böyüyəcək.

"Evimizdə hər gün artan çatlar bizi ölümə yaxınlaşdırır"
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Pərdi kənd sakini Rəhman Babayev deyir, yola bələd olmayan sürücülər yarıqlara düşməməkdən ötrü yolun kənarı ilə hərəkət etmək istəyərkən uçuruma düşürlər, bu da çox vaxt faciəylə nəticələnir:

«HÖKUMƏT BU YOLUN ÇARƏSİNİ ETMƏLİDİR»

«Burdan tez-tez sərnişinləri, sürücüləri boyun, bel qırığı ilə daşıyırlar. Evlər yola o qədər yaxındır ki, bu yaxınlarda maşın yoldan çıxaraq aşıb qapımıza dirənmişdi. Yol olduqca təhlükəlidir. Yağış suları yarıqlara dolur, yarıqlar günbəgün genişlənir. Hökumət tezliklə bu yolun bir çarəsini etməlidir».

Pərdi kəndində hər il sürüşmə baş verir. Bir il əvvəl kənddəki otlaq və əkin sahələrində yerin torpaq qatında iri çatlar yaranmış, bəzi yerlər sürüşərək yararsız hala düşmüşdü.

Sakinlər yazır ki, son günlər ərazidə yağıntılar davam etdikcə, sürüşmənin əhatə dairəsi daha da genişlənir. Belə vaxtlarda bəzi ərazilərdə texnikaların əkin sahələrinə girməsi çətinləşir, kəndlilər məhsulu toplaya bilmir.

Sürüşən Masazırda səksəkədə yaşayanlar
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Cəlilabad-Yardımlı avtomobil yolu üzərində də təhlükə artmaqdadır. Yolun təpəlik ərazilərdən keçən sərt döngələrində yol kənarındakı torpaq layları sürüşərək yola doğru hərəkət edir. Yolun Pərdi kəndindən keçən hissəsində müxtəlif ərazilərdə iri çatlar əmələ gəlib.

«NARAHATÇILIĞA ƏSAS YOXDUR»

Bu ərazi Cəlilabadda sürüşmənin ən aktiv olduğu zonalardan biri hesab olunur.

Cəlilabad Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, yoldakı problemlərlə aidiyyəti qurumlar məşğul olur. İcra hakimiyyəti bu işlərə nəzarət edir:

«Pərdi kəndi ən çox sürüşməyə məruz qalan ərazi olduğundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tez-tez o kənddə olur. Əsasən, bu aylarda yağıntılara görə sürüşmə riski də artır. Ancaq aidiyyəti qurumlar təhlükələri önləməyə çalışırlar. Sakinlərin narahatçılığına əsas yoxdur. Yolda müəyyən işlər aparılacaq».

Cəlilabad-Yardımlı yolu Cəlilabadın azı 40 kəndiylə rayon mərkəzini birləşdirir. Sakinlər bu yol dağılarsa, mərkəzlə gediş-gəlişin kəsiləcəyindən də narahatdırlar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG