Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 16:25
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

13:11 4.2.2016

Dünya Psixiatriya Assosiasiyası XXI əsri «depressiya və intihar əsri» adlandırıb

2014-ci ilin statistikasına görə, hər il dünyada 900 minə yaxın insan həyatına qəsd edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hər 40 saniyədə bir nəfər özünü öldürür. Bu isə o deməkdir ki, hər 100 min nəfərdən 11.4 nəfəri intihar edir.

Azərbaycanın bu statistikada yeri haqqında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Fuad İsmayılovla söhbət etdik.

13:12 4.2.2016

Barack Obama məscidə gedib

Barack Obama ABŞ prezidenti kimi ilk dəfə olaraq məsçidə baş çəkərkən bildirib ki, “müsəlmanlara qarşı siyasi ritorikaya ölkədə yer olmamalıdır”.

Prezident müsəlman amerikalıları “Amerikanın mötəbər və vətənpərvər vətəndaşları” adlandırıb.

ABŞ mediası Barack Obama-nın dediklərini ilk növbədə prezidentliyə respublikaçı namizəd Donald Trump-ın antimüsəlman qeydlərinə cavab kimi qiymətləndirir.

Ağ Ev bildirib ki, prezidentin məsçid səfəri dini azlıqların müdafiəsi naminə edilib.

Cənab Obama çıxışına, onun təbirincə deyilərsə, “ABŞ-da müsəlmanların ən az eşitdikləri iki sözlə” başlayıb: “Sağ olun”.

13:13 4.2.2016

«Yoxsulluq, işsizlik, bahalıq həyatı dərmanlardan asılı olan vətəndaşları təhlükəyə sürükləyir»

Bunu Aysel İskəndərli «Bizim Yol»da yazır.

Bu yazıda sıravi Bakı sakinlərindən də dəqiq sitatlar verilib:

«Bu saat evdə nə un, nə qənd, nə çay, nə də yağ var. Necə gedək həkimə?!».

«Ağır şəkər xəstəsiyəm, həm də qalxanvarı vəzimdə problem var. Buna görə də bir neçə hormonal dərman qəbul edirəm. Bir neçə gün öncə dərmanlarım bitib.

Həkimin yazdığı dərmanı heç bir aptekdə tapa bilmirəm» - deyə Bak sakinləri şikayət edir.

Yazıda xəstələrin apteklərdə axtardıqları dərmanları tapa bilməmələrinə də toxunulur:

«Təsəvvür edin, 6 manata aldığım dərman indi olub 10 manat..." Media icmalı

14:12 4.2.2016

Media Azadlığı Xəritəsi: Media peşəkarlarına və plüralizmə təzyiqlər artır

2015-ci ilin 4-cü rübündə 518 jurnalist yeri ixtisar olunub. Suriya münaqişəsini işıqlandıran 2 jurnalist Türkiyədə öldürülüb. Jurnalistlərə 40 fiziki hücum olub. 26 dəfə jurnalistlər tutulub, bunlardan 11-də onlara qarşı cinayət ittihamı irəli sürülüb. 55 dəfə jurnalistə hadisə yerindən reportaj hazırlamağa imkan verilməyib. Bunu İndex on Censorship təşkilatının xüsusi layihəsi olan Media Azadlığı Xəritəsi bildirir. Bu xəritə Avropa Birliyi ölkələri də daxil, 40 ölkədə - Rusiya, Türkiyə, Ukrayna, Norveç, Bosniya, İslandiya, Kosovo,Makedoniya kimi ölkələrdə media azadlığı ilə bağlı vəziyyəti öyrənir.

Layihə 2014-cü ilin mayından başlanıb. İndiyə kimi media azadlığının 1300 pozuntusunu qeydə alıb.

Son hesabatda deyilir ki, məsələn, Almaniya kimi ölkədə jurnalistlər ifrat sağçı, anti-islam qrupu Pegida-nın (Vətənpərvər Avropalılar İslamlaşma Əleyhinə) nümayişlərini işıqlandırtmaqda "artan düşmənçiliklə qarşılaşırlar". Bir neçə jurnalistə hücum olub, onların jurnalist avadanlığı sındırılıb.

Davamı

XS
SM
MD
LG