Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:45

Çeçenistanın xüsusi təyinatlı qüvvələri Suriyaya göndərilir


Foto arxiv

Rusiya müdafiə nazirliyinin Çeçenistandakı “Şərq” və “Qərb” batalyonları Suriyaya göndərilir.

Bu xüsusi təyinatlı qüvvələr Suriyadakı Hmeymim hava bazasını qoruyacaq.

2003-cü ildə yaradılan bu hərbi hissələr uzun illər əsasən çeçen hərbçilərindən təşkil edildiyindən Çeçenistanın xüsusi təyinatlı qüvvələri kimi tanınır.

Çeçenistanda terrorçuluqla mübarizə aparan bu batolyonlar, 2008-ci ildə Gürcüstanla qısa müharibədə iştirak edib, həmçinin 2006-cı ildə Livanda Rusiya istehkamçılarını qoruyub.

Ekspertlərin fikrincə böyük döyüş təcrübəsi olan bu hərbi hissələr, Rusiyanın Suriyadakı hərbi-hava qüvvələrini “İslam dövləti” qrupunun diversantlarından yaxşı qoruya biləcək.

“İzvestiya” qəzetinin müdafiə nazirliyindəki mənbələrə istinadla yazdığına görə, “Şərq” və “Qərb” hərbi hissələri Suriyaya göndərilmək üçün noyabrda xüsusi təyinatlı polis batalyonlarına çevirilib.

Bu batalyonlar dekabrın sonunadək Suriyada yerləşdiriləcək və Rusiyanın bu ölkədəki hərbi obyektlərinin mühavizəsinə başlayacaq.

Ali iqtisadiyyat məktəbinin baş müəllimi, şərqşünas Leonid İsayev “İzvestiya”ya deyib ki, çeçenlər də Suriya sakinlərinin əksəriyyəti kimi sünni olduğundan, bu, onların yerli əhali ilə qarşılıqlı hərəkətini asanlaşdıracaq.

XS
SM
MD
LG