Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:52

Çeçenistan parlamenti məktəblərdə hicaba icazə verdi


Çeçenistan parlamenti
Çeçenistan parlamenti

Çeçenistan parlamenti şagirdlərin məktəblərə dini və milli ənənələrə uyğun rəmzlər və geyimlərlə gəlməsinə icazə verən qanun layihəsi qəbul edib.

Bu barədə martın 31-də RİA Novosti agentliyi məlumat yayıb.

Xatırladaq ki, Respublika lideri Ramzan Kadyrov bu yaxınlarda bildirmişdi ki, hicablı qızdan düşmən obrazı yaratmaq lazım deyil.

Parlamentin sədri Mogamed Daudov bildirib ki, qanun layihəsi təhsil müəssisələri və təhsil alanların konstitusyon hüquqlarına əməl edilməsi baxımından mübahisəli deyil.

Parlamentdə həmçinin yeni qaydaların, Rusiyanın təhsil qanununa zidd olmadığı qeyd edilib.

Xatırladaq ki, orta məktəblərə hicab və digər dini geyimlərlə gəlmək Rusiyada cəmiyyətində dəfələrlə mübahisələrə səbəb olub.

Rusiyanın təhsil naziri Olga Vasilyeva yanvarın sonlarında bildirmişdi ki, inaclılar dinə olan münasibətlərini zahiri atributlarla göstərməməlidirlər.

Çeçenistan lideri Ramzan Kadyrovsa onun bu sözlərini kəskin tənqid eləmiş və demişdi ki, hicaba qarşı çıxanlar qoy məktəblərdə başqa problemlərin həlliylə məşğul olsunlar.

Buna da bax. Müəllimələrə hicab olar, şagirdlərə yox.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG