Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:05

Kadyrov polisə hücumları ciddi hesab eləmir - Yenilənir


Ramzan Kadyrov
Ramzan Kadyrov

Rusiyalı müstəntiqlər Çeçenistanda polis zabitləri üzərinə üç ayrı-ayrı hücumların araşdırılmasına başlayıblar.

Özünü İslam Dövləti adlandıran ekstremist təşkilat bu hücumlar üçün məsuliyyəti öz üzərinə götürüb. Bu barədə bəyanat təşkilata bağlı Amaq xəbər agentliyinin saytında dərc olunub.

Kreml tərəfindən dəstəklənən çeçen lider Ramzan Kadyrov İD-in bəyanatını rədd edib və deyib ki, təşkilatlın respublikada dəstəyi və sosial bazası yoxdur.

Rusiyanın İstintaq Komitəsi bildirir ki, avqustun 20-də həyata keçirilmiş üç hücumdam biri zamanı iki nəfər Şali şəhərindəki rayon polis şöbəsinə daxil olaraq iki zabiti bıçaqla yaralayıb.

Bu iki nəfərin polis tərəfindən öldürüldüyü xəbər verilir.

Şalinin şimalındakı Mesker-Yurt kəndində bel çantası olan gənc polis postunda üstündəki bombanı partladıb. Bu partlayış nəticəsində xəsarət alan olmayıb.

Bomba partladanın da sağ qaldığı deyilir.

***

Bundan əvvəl Çeçenistanın başçısı Ramzan Kadyrov demişdi ki, onun tabeçiliyndə olan respublika boyunca polis üzərinə hücumlar müsəlmanların müqəddəs Qurban bayramını pozmaq cəhdindən başqa bir şey deyil:

“Bu gün bir qrup gənc ağır cinayətlər törətmək cəhdi edib. Bu gün əsas məqsəd burada mütəşəkkil silahlı aktlar törətməyə qabil olan qüvvələrin olduğu barədə təsəvvür yaratmaqdır. Şübhə yoxdur ki, məqsəd bugünkü bayramı pozmaq və Çeçenistan sakinlərini bayramı qeyd etməkdən çəkindirməkdir”.

Kadyrov özünü İslam Dövləti adlandıran ekstremist təşkilatın bu aktların arxasında olduğu barədə iddialarını da rədd edib. O deyib ki, bu qrup uzaqbaşı gəncləri təsir altına sala bilərdi:

"Şübhə yoxdur ki, bu gənclərin beynini sosial media vasitəsilə İD üzvləri doldurublar”.

Çeçenistamn başçısı iddia edib ki, İD-in respublikada heç bir dəstəyi və sosial bazası yoxdur.

Çeçenistanlın Daxili İşlər Nazirliyi bildirib ki, Şali rayonunda polis onlara bıçaqla hücum edən iki nəfəri öldürüb. İki polisdən biri sonradan aldığı yaradan xəstəxanada keçinib.

Bu arada avqustun 20-də Qroznıda bir yeniyetmə maşını polislərin üstünə sürərək iki zabitə xəsarət yetirib. Hakimiyyət orqanları bildirirlər ki, maşının sürücüsü və onun yanında oturan şəxs öldürülüb.

Polis sürücünün 17 yaşlı Ali Akhmatkhanov olduğunu bildirib. Bu da deyilir ki, o 2001-ci ildə Çeçenistanın Qudermes şəhərində törədilmiş terror aktına görə uzunmüddətli həbsxana cəzasına məhkum edilmiş Khizir Akhmatkhanov kiçik qardaşıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG