Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:45

'Əlləri uzundur, tapa bilərlər məni'


Çeçenistandan olduğu deyilən geylər.

Çeçenistanda polis gey və biseksual şəxsləri təqib edib, döyüb və alçaldıb. Məqsəd çeçen cəmiyyətini onlardan təmizləmək olub. Bunu «Human Rights Watch» beynəlxalq hüquq-müdafiə təşkilatı mayın 26-da açıqladığı hesabatda təsdiqləyib.

«DƏHŞƏTLİ İŞGƏNCƏ»

«Rusiya federal hakimiyyəti bu kobud insan haqları pozuntularının səmərəli tam təhqiqatını təmin etməli, Çeçenistan hakimiyyəti məsuliyyətə cəlb olunmalıdır. Xarici hökumətlər qurbanlara təhlükəsiz sığınacaq verməlidir. Onlar Rusiyada qaldıqca fiziki ziyan təhlükəsiylə üz-üzədirlər», – qurum 42 səhifəlik hesabatda bildirir.

«Onların əlləri uzundur, məni tapa bilərlər: Rusiyanın Çeçenistan Respublikasında yerli hakimiyyətin geylərə qarşı təmizləmə əməliyyatı». Hesabat belə adlanır. Sənəd bu ilin yazında Çeçenistanda hüquq-mühafizə orqanları və təhlükəsizlik rəsmilərinin antigey kampaniyasının qurbanlarıyla birbaşa müsahibələr əsasında hazırlanıb.

«Bu təmizləmə əməliyyatına məruz qalanlar Çeçenistanda dəhşətli işgəncə şahidi olublar. Kreml zorakılığa səbəb olanları məsuliyyətə cəlb etməli, Rusiyada seksual oriyentasiyasından asılı olmayaraq, hamını qorumalıdır», – «Human Rights Watch»da lezbiyan, gey, biseksual və transgender proqramının direktoru Graeme Reid deyib.

HƏDƏLƏR QALIR

Fevralın sonuncu həftəsindən başlayaraq aprelin birinci həftəsinədək polis gey olmaqda şübhəli saydığı şəxsləri tutub, onları günlərlə və hətta həftələrlə gizli yerlərdə saxlayıb, işgəncə verib, alçaldıb, ac saxlayıb, digər geylər haqda məlumat almağa çalışıb. Həmin şəxslərin çoxu ailələrinə qaytarılarkən seksual oriyentasiyaları açıqlanıb. Beləliklə də onların qohumları «namus qətlləri» törətməyə həvəsləndirilib. Çeçenistandan qaça bilənlərsə Rusiyanın digər yerlərində təhlükədədirlər, onlara hədələr qalır.

Tbilisidə seksual azlıqlara mənsub olmağın cəfası
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Rusiya hakimiyyəti öncə bu məlumatları təkzib edib. Ancaq güclü beynəlxalq təpkidən sonra prezident Vladimir Putin baş prokuroruna və daxili işlər nazirinə uyğun göstəriş verdiyini bildirib.

Hesabatda bəzi şəxslərin ölməsi barədə iddialardan da danışılır. Artıq mayın sonunda yeni oğurlanma halları barədə məlumat gəlməyib, ancaq bəzilərinin hələ də saxlandığı bildirilir.

BU TAKTİKA İLLƏRDİR MÖVCUDDUR

Qurumun Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber bildirir ki, «yerli təhlükəsizlik rəsmiləri illər boyunca Çeçenistanı «arzuolunmazlar»dan təmizləməkdən ötrü eyni zorakı, qanunsuz taktikaya əl atıblar».

Hesabatda Çeçenistanın mühafizəkar müsəlman cəmiyyət olduğu, homoseksuallığa ailə şərəfinə ciddi ləkə kimi baxıldığı qeyd olunur. Elə «Magomed» adlı qurban da «Human Rights Watch»a deyib ki, «onların əlləri uzundur, Rusiyada məni və başqalarını tapa bilərlər, sadəcə, onlara vaxt verin».

«Bu qurbanlar iki od arasında qalıblar: bir tərəfdən rəsmi basqı, digər tərəfdən öz ailə üzvlərinin zorakılığı sarıdan qorxu. Rusiya rəsmiləri bu qurbanları qorumalıdır», – Reid söyləyib.

«Human Rights Watch» həmçinin, xarici hökumətləri çağırır ki, Moskvaya təzyiq göstərsinlər, təhqiqatın gedişatından daimi xəbər tutsunlar, qurbanlara təhlükəsiz ölkələrdə dərhal sığınacaq versinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG