Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Başına $5 milyon qoyulan "Çeçen Umarı"... yenə öldürdülər


Umar al-Shishani (Tarkhan Batirashvili) (ortada)
Umar al-Shishani (Tarkhan Batirashvili) (ortada)

►Pentaqon deyir, "İslam dövləti" qruplaşmasının səhra komandiri hava zərbəsi nəticəsində ölüb

ABŞ-ın Müdafiə Nazirliyi elan edib ki, martın 4-də Suriyanın əş-Şəddad şəhəri yaxınlığında hava zərbəsi nəticəsində "İslam dövlət" qrupunun səhra komandiri Əbu Umar əş-Şişani öldürülüb. Əş-Şişani həm də Çeçen Əbu Umar kimi tanınır (ərəbcə "Şişani" elə "çeçen" deməkdir)

Əsl adı Tarxan Batiraşvili olan bu yaraqlı əslən Gürcüstanın Rusiya ilə həmsərhəd olan Pankisi dərəsindəndir. Bu ərazidə etnik çeçenlər yaşayır.

Pentaqon rəsmisi Peter Cook qeyd edib ki, Gürcüstan vətəndaşı Batiraşvili "İD"də yüksək hərbi vəzifələr, o cümlədən hərbi nazir vəzifəsini tutub, səhra komandirlərinin məşvərət şurasının üzvü olub. Dövlət Departamenti onun başı üçün 5 milyon dollar təklif edirdi.

Pentaqon rəsmisi qeyd edib ki, əş-Şişani Suriya-İraq sərhədində yerləşən bu şəhərə qoşunla gəlibmiş. Çünki "İD" bu ərazidə ona qarşı mübarizə aparan və ABŞ-dan dəstək alan yerli qüvvələrlə mübarizədə strateji məğlubiyyətlər silsiləsi ilə üzləşib.

Pentaqon nümayəndəsi həmçinin Batiraşvilinin təcrübəli lider olduğunu, İraq və Suriyada çoxsaylı döyüşlərdə "İŞİD" yaraqlılarına başçılıq etdiyini vurğulayıb. O əlavə edib ki, səhra komandirinin ölümü "İD"nin xaricdən, o cümlədən Çeçenistan və Qafqazın başqa yerlərindən yaraqlıları səfərbər etmək qabiliyyətinə neqativ təsir edəcək.

Bundan əvvəl də bir neçə dəfə əş-Şişaninin öldüyü barədə xəbərlər yayılıb. Hətta Çeçenistan rəhbəri Ramzan Kadırovun İnstaqram səhifəsində də bu barədə məlumat verilib. Ancaq bu məlumatların heç biri təsdiqlənməyib.

Tarxan Batiraşvili Gürcüstan ordusunda xidmət edib, ancaq səhhətinə görə ordudan tərxis olunub. 2010-cu ildə o, silah saxlamaq ittihamı ilə mühakimə edilib. 2012-ci ildə Suriya ərazisinə düşmüş əş-Şişani "Ceyş əl-Muhaciriin val-Ənsar" (ərəbcədən tərcümədə "Mühacirlər və köməkçilər ordusu") qruplaşmasına başçılıq edib. Bu qruplaşmaya əsasən keçmiş SSRİ regionundan gəlmiş yaraqlılar daxil idi. Sonradan bu qruplaşma "İslam Ddövləti"nə birləşib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

2014-cü ildə Bloomberg səhra komandirinin öz yaraqlıları ilə birlikdə Rusiyaya qayıtması təhlükəsi barədə xəbər vermişdi. Guya əş-Şişani bu barədə Gürcüstanın Pankisi dərəsində yaşayan atasına deyibmiş.

Rusiyanın Suriyada hava zərbələrinə başlaması ərəfəsində BMT Baş Assambleyasında çıxış edən Rusiya prezidenti Vladimir Putin demişdi ki, "artıq qan iyini duymuş o başkəsənlərin evlərinə qayıdıb öz qara əməllərini davam etdirməsinə imkan vermək olmaz".

Rusiya Federal Təhqiqat Xidmətinin direktoru Yevgeniy Sısoyevin verdiyi məlumata görə hazırda "İD"-nin tərəfində Rusiya və digər postsovet ölkələrinin yeddi minə yaxın vətəndaşı vuruşur. Suriyanın Rusiyadakı səfiri Riad Haddad isə hesab edir ki, bu say daha böyükdür - təqribən 10 min.

Buna da bax:

Bakıda süpürgəçi qadınları belə təbrik etdilər
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

XS
SM
MD
LG