Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:37

Cəbhədə silahlar yerə qoyulub


Qarabağda erməni əsgəri.
Qarabağda erməni əsgəri.

-

Aprelin 5-dən 6-na keçən gecə Qarabağda təmas xəttində sakit keçib. Tərtər, Füzuli, Ağdam sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, hər iki tərəf silahı yerə qoyub.

Zəngişalı kənd sakini Nərgiz İmanova deyir ki, dünən (aprelin 5-də) günorta atışma zamanı kəndə düşən mərmi bir evi dağıdıb, amma sonra sakitlik yaranıb.

Güclü atəşə məruz qalan kəndlərin sakinləri isə artıq evlərinə dönməyə başlayırlar.

«ATƏŞKƏSİ POZMAMIŞIQ»

Müdafiə Nazirliyindən isə bildirirlər ki, bütün cəbhəboyu vəziyyət gərgin-sabit qalır.

«Aprelin 5-də saat 12.00-dan Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Silahlı Qüvvələr ciddi riayət edir», - nazirlik bildirir.

Aprelin 2-dən təmas xətti boyunca güclü atışma gedirdi. Hər iki tərəfdən hərbçilər və mülki şəxslər arasında ciddi itkilər olub. Yaralananlar var.

XS
SM
MD
LG