Türkiyə üçün liberal viza rejimi tez olmayacaq
Türkiyə Avropa Birliyinin 28 üzvüylə liberal viza rejimini Ukrayna, Gürcüstan və Kosovodan tez əldə etməyəcək. Bunu Azad Avropa/AzadlıqRadiosuna eksklüziv müsahibəsində AB-nin genişlənmə komissarı Johannes Hahn deyib. O, Türkiyənin Avropaya qaçqın axınını kəsməsinin əvəzində viza qaydalarının bu 3 ölkədən daha tez yüngülləşəcəyi barədə deyilənləri təkzib edib.
Dövlət Xidməti: Azərbaycanda səfərbərlik gözlənilmir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti səfərbərlik elan olunması barədə yayılan məlumatlara münasibət bildirib.
Malayziya təyyarəsini vurduğu göman olunan "Buk"-un nömrəsi
Ukrayna səmasında Malayziya təyyarəsinin vurulmasını araşdıran qrup təyyarəni vurduğu güman olunan Rusiyanın «Buk» zenit-raket kompleksinin nömrəsini müəyyənləşdirdiyini bildirir. Britaniyanın «Bellingcat» təhqiqat qrupu mayın 3-də hesabat açıqlayıb.
Hesabatda deyilir ki, MH17 təyyarəsi 2014-cü il iyulun 17-də Rusiyanın 53-cü zenit-raket briqadasına məxsus «Buk 322» ilə vurulub. Ekspertlər Ukraynanın separatçıların nəzarətində olan ərazisindəki «Buk»un üstündəki əlamətləri fotolarla tutuşduraraq ortadakı pozulmuş rəqəmi müəyyənləşdiriblər.
"YAP sıralarına qoşulub, "ağıllansam""
"Ayrı-ayrı kanallar vasitəsilə nəzərimə çatdırılır ki, üzr istəyib, indiyədək ifadə etdiklərimin böhtan olduğunu bəyan etsəm, YAP-ın sıralarına qoşulub, «ağıllansam», bir an öncə işə xitam veriləcək».
Bunu hazırda ev dustağı, Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov öz Facebook səhifəsində yazıb.