Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:28
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -0:5. Məğlub komandanı prezident izləmək istəmədi

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

17:38 6.5.2016

Azərbaycanda oğurluğa görə cəzalar ağırlaşdırılıb.

Bundan başqa, mütəşəkkil dəstə oğurluğunun minimum həbs müddəti uzadılıb.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin iclasında qəbul edilən Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərdə əksini tapıb.

Oğurluq zərərçəkmiş şəxsin üzərindən, cibindən və çantasından çıxarılmaqla törədildikdə, cəza daha ağır olacaq - 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ildən 7 ilədək həbs.​

17:34 6.5.2016

Suriyalının Türkiyədə restoran biznesi

Türkiyədə yaşayan yüz minlərlə suriyalı Avropaya köçmək arzusu ilə yaşasa da Türkiyədəki həyatından məmnun olanlar da var.

Dəməşqli Mohamed Nizar Bitar Türkiyədə yerləşmiş 2,7 milyon Suriya qaçqınına xidmət edən yüzlərlə restoran sahibindən biridir.

16:35 6.5.2016

80 xarici diplomat cəbhə bölgəsində

Ölkədə akkreditə olunana diplomatik korpusun nümayəndələri mayın 6-da Ağdam və Tərtər rayonlarına səfərə çıxıblar.

80-ə yaxın diplomatın qatıldığı səfərin məqsədi cəbhə bölgəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaqdır.

16:16 6.5.2016

Kanadada meşələr yanır

Sutka ərzində Kanadada meşə yanğını 10 dəfə artaraq 85 min hektar əraziyə yayılıb.

Yanğın Alberta əyalətindəki Fort Makmurrey şəhərindən başlayıb.

Yanğınsöndürənlər alovla mübarizə apara bilmirlər, güclü külək və istilər buna mane olur.

Kanadada meşə yanğınları
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Davamı

XS
SM
MD
LG