Keçid linkləri

2026, 02 Yanvar, Cümə, Bakı vaxtı 09:50

Çavuşoğlu və Blinken Qafqazı da müzakirə ediblər


ABŞ-ın dövlət katibi Entoni Blinken (solda) və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu
ABŞ-ın dövlət katibi Entoni Blinken (solda) və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu NATO xarici işlər nazirlərinin Riqada keçirilən toplantısı əsnasında ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.

Çavuşoğlu bu görüşün ardınca Twitter hesabından paylaşdıəğı mesajda yazır ki, onlar Efiopiya, Ukrayna, Suriya və Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Çavuşoğlu bildirib ki, o amerikalı həmkarı ilə prezident Recep Tayyip Erdoğan və ABŞ lideri Co Baydenin Romada apardıqları müzakirələr və qəbul olunan qərarlar barədə fikir mübadisləsi aparıb.

XS
SM
MD
LG