Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:08

Futbolçu jurnalist ölümünə görə yenidən məhkəmə qarşısında


Cavid Hüseynov
Cavid Hüseynov

«Qəbələ» futbol klubunun keçmiş kapitanı, jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunmuş Cavid Hüseynov yenidən məhkəmə qarşısına çıxarılıb. İyulun 15-də Bakı Apellyasiya Məhkəməsində futbolçunun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Şikayətə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılır.

Cavid Hüseynovun vəkili Adəm Məmmədov apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması, futbolçunun xəstəxanada Rasim Əliyevlə görüşü zamanı onların söhbətinin şahidi olmuş Aydın Mahmudovun dindirilməsi barədə vəsatət qaldırıb. Aydın Mahmudov mərhum jurnalistin qohumudur.

«Düzdür, bu adam birinci instansiya məhkəməsində dindirilib. Amma dindirildiyi 10-15 dəqiqə ərzində dəfələrlə ifadələrini dəyişdi. Onun istintaqa ifadəsi ilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər var», –Adəm Məmmədov bildirib.

Məhkəmə vəsatəti təmin etməyib və apellyasiya şikayətinə istintaq aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılmasına qərar verilib.

Məhkəmə baxışı avqustun 12-nə təyin olunub.

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu ölüm işi ilə əlaqədar Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər həbs edilib. İstintaqın sonunda CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən beş nəfərin işi ayrılıb və onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilə qədər həbs cəzası alıb.

CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.

Cavid Hüseynov özünü təqsirli bilmir və jurnalistin döyülməsi ilə heç bir əlaqəsi olmadığını, haqsız tutulduğunu deyir.

XS
SM
MD
LG