Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:19

Cavid Hüseynova 4 il həbs kəsildi


Cavid Hüseynov ittihamları qəbul etmir
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Cavid Hüseynov ittihamları qəbul etmir

►"Cavidin adamı yoxdu deyə, tutub basdılar içəri"

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan futbolçu, "Qəbələ" klubunun kapitanı Cavid Hüseynovun məhkəməsi yekunlaşdı.

Cavid Hüseynov 4 il azadlıqdan məhrum edildi.

Mayın 31-də Səbail Rayon Məhkəməsində hakim Elmar Rəhimov bu barədə hökmü elan etdi.

Cavid Hüseynovun yaxınları hökmün qanunsuz və ədalətsiz olduğunu deyir. "Cavidin heç bir günahı yoxdur, məhkəmədə də hamı bunu gördü. Cavidin adamı yoxdu deyə, tutub basdılar içəri. İki övlad atası... Məhkəmə nə üçündür?", - futbolçunun anası Xalidə Hacıyeva bildirdi.

Cavid Hüseynovun vəkili Adəm Məmmədov da hökmün əsassız olduğunu dedi. Qeyd etdi ki, hökmdən apellyasiya şikayəti veriləcək:

"Cəmiyyətdə bu hadisə rezonans doğurdu. Adamlar da işi bilmədən, ağızdan-ağıza eşidib öz münasibətlərini bildirdilər. Bu da nəticəyə öz təsirini göstərdi. Halbuki, məhkəmə prosesi Cavid Hüseynovun günahını yox, günahsızlığını ortaya qoydu. Sübutlardan, şahid ifadələrindən məlum oldu ki, Cavidin bu hadisədən xəbəri olmayıb".

Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. jurnalisti döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin məhkəməsi martın 31-də yekunlaşıb və onlar 9 ildən 13 ilədək həbs cəzası alıb.

Cavid Hüseynov isə CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

Futbolçu ötən prosesdə bəraət istəmişdi. O, törədilən cinayətlə əlaqəsi olmadığını, haqsız yerə tutulduğunu deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG