Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:54

Canvarın yaraladığı şəxslər evə buraxılıb


 Astara, canavarın yaraladığı sakinlərdən biri, 29 noyabr 2018
Astara, canavarın yaraladığı sakinlərdən biri, 29 noyabr 2018

Bu il noyabrın 29-da Astara rayonunda canavarın xəsarət yetirdyi şəxslər müalicədən sonra evə buraxılıb.
Bunu AzadlıqRadiosuna Astara Rayon Mərkəzi Xətəxanasından bildiriblər. Xəstəxanadan deyiblər ki, onlara quduzluq əleyhinə vaksin vurulub və yardımlar göstərilib.
“Xəstlər öz ərizələri əsasında evə buraxılsalar da həkimlərin nəzarəti altındadırlar ”, deyə xəstəxanadan qeyd ediblər.

Bu il noybarın 29-u səhər saatlarında Astara rayonun Şüvi kəndində məktəblilər və kənd sakinləri canavarın hücumuna məruz qalmışdılar. Həmin vaxt rayonun Züngüləş kəndində də oxşar hadisənin baş verdiyi açıqlanmışdı. Canavarın 3-ü məktəbli olmaqla 7 şəxsə xəsarət yetirdiyi bildirilirdi. Kənd sakinlərinin öldürdüyü canavarın quduz olmasına aid şübhələr var idi.

XS
SM
MD
LG