“Canavarın hücumu nəticəsində xəsarət alan 7 nəfərin malicəsi Astara Mərkəzi Xəstəxanasında davam edir”, - Bu haqda adıçəkilən xəstəxanadan bildiriblər.
Xəsarət alanların 2-nin məktəbli, 5-nin böyük olduğu qeyd edilir.
“Həmin şəxslərə quduzluq əleyhinə preparatlar vururlub. Amma quduzluğun olub-olmamasını müəyyən etmək üçün 10 günlük inkubasiya dövrü var, odur ki, indidən nəsə demək tezdir”- xəstəxanadan verilən məlumatda deyilir.
Mərkəzi Xəstəxanadan bildirilir ki, kənd sakinlərinə hücum çəkən canavarın quduz olub-olmamasını müəyyənləşdirmək üçün Bakıya nümunə göndərilib.
Noyabrın 29-da səhər saatlarında canavar Astara rayonunun 7 sakininə xəsarət yetirib.
Astara rayon Mərkəzi Xəstəxanasından bidirmişdilər ki, xəstəxanaya yerləşdirilən yaralılar əməliyyat olunub və quduzluq əleyhinə vaksinlər vurulub.