Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:49

David Cameronun istefasını tələb edirlər


Londonda aksiya
Londonda aksiya

Böyük Britaniyanın baş naziri Davi Cameron deyir ki, ailəsinin vergi sənədlərini diqqətlə izləməliymiş.

Baş nazir şənbə günü Londonda mühavizəkarlar partiyasındakı tərəfdaşları qarşısında çıxış edərkən deyib ki, bundan müəyyən dərs götürmək lazımdır və götürəcək də.

David Cameron
David Cameron

David Cameron “Panama sənədləri” adlı araşdırmadan sonra-aprelin 7-də ofşor şirkətdə atasından qalma payı olduğunu və baş nazir seçilməzdən əvvəl həyat yoldaşı ilə birlikdə paylarını satdığını deyib.

Baş nazirin atası Yan Cameron 2010-cu ildə vəfat edib və oğluna 300 min funt sterlinq qoyub gedib.

Cameronun sözlərinə görə, o bu pulların ofshor şirkət yolu ilə qanunsuz əldə edilib-edilməməsindən xəbərsizdir.

“Panama sənədləri” adlı hesabata əsasən Yan Cameron ofşor investisiya fondları vasitəsi ilə vergidən yayınıb.

Rəqibləri və tənqidçilər David Cameronu yalan danışmaq və ikili standartlarda günahlandırır, onu istefa verməyə çağırırlar.

BBC-nin məlumatına görə, aprelin 9-da baş nazirin istefası tələbi ilə aksiya keçirilib.

Aksiyaçılar baş nazirin iqamətgahının qarşısından Mühavizəkarlar partiyasının mətbuat konfransı yerinə dönən hotelin qarşısına yürüş ediblər.

Bəzi məlumatlarda onların 150, bəzi məlumatlarda isə bir neçə min nəfər olduqları bildirilir.

Həmçinin aprelin 9-da “Panama sənədləri” nin sızdığı “Mossack Fonseca” adlı Panama şirkətinin Salvador ofisində axtarış aparılıb.

Mossacka Fonseca şirkətinin ofisi
Mossacka Fonseca şirkətinin ofisi

Bu hüquq şirkətidir.

Amma şirkət varlı insanlar və müəssisələrin ofşor yollarla vergidən yayınmasına akömək etməsi barədə ittihamları rədd edir.

Bir çox dünya ölkəsində bu qalmaqalla bağlı istintaq başlayıb, artıq İslandiyanın baş naziri buna görə istefa verib.

Sənədlərə görə Rusiya prezidenti Vladimir Putin yaxınları da Panama ofşorları vasitəsi ilə 2 milyard dollardan çox pul yuyub.

Vladimir Putin
Vladimir Putin

Amma Putin ittihamı rədd edir.

Qeyd edək ki, “Panama sənədləri”ndə 12 dünya liderinin adı hallanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG