Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Xalq şairi prezidentin adının bu qədər əbədiləşdirilməsini yersiz sayır


Jamol Kamol,Özbəkistanın xalq şairi
Jamol Kamol,Özbəkistanın xalq şairi

Özbəkistanın xalq şairi Camal Kamol Daşkəntdəki beynəlxalq hava limanına da keçmiş prezident İslam Kərimovun adının verilməsini yersiz sayır.

O, bununla bağlı indiki prezident Shavkat Mirziyaevə müraciət edib, ondan müvafiq fərmanın ləğvini xahiş edib.

Bu barədə martın 3-də AzadlıqRadiosu-nun Özbəkistan xidməti məlumat yayıb.

77 yaşlı xalq şairi bunu tələsik qərar hesab edir, deyir ki, onsuz da keçmiş prezidentin adına həddən artıq muzeylər, parklar, təhsil müəssisələri, abidələr, təşkilay və küçələr var.

Şair Daşkənd Hava Limanı-na da Karimovun adının verilməsi, onun bu qədər anılmasını yersiz hesab edir.

Özbəkistan prezidenti Shavkat Mirziyaev bu il yanvarın 25-də keçmiş prezident İslam Karimovun adının “əbədiləşdirilməsi” barədə fərman imzalayıb.

Shavkat Mirziyoev
Shavkat Mirziyoev

Həmin fərmanə görə Daşkənt dövlət texniki universiteti, “Asaka” avtomobil zavodu, Fərqanədəki mədəniyyət sarayı, Daşkənd beynəlxalq hava limanı, həmçinin Daşkənd, Karakalpakstan və digər vilayətlərdəki mərkəzi küçələrə İslam Kərimovun adı verilməlidir.

Bundan başqa hər il yanvarın 30-da ölkədə birinci prezidentin doğum günü qeyd olunmalı, bu münasibətlə mərasim və tədbirlər keçirilməli, sentyabrın 2-i isə ölkədə İslam Karimovun anım günü olmalıdır.

Qeyd edək ki, İslam Karimov2016-cı il sentyabrın 2-də 78 yaşında Daşkəntdə vəfat edib.

26 il ölkə rəhbəri olmuş keçmiş prezident doğma Səmərqənd şəhərində dəfn edilib.

Ötən il dekabrın 4-də keçirilən prezident seçkilərindən sonra ölkəni Shavkat Mirziyaev idarə edir.

O, 2003-cü ildən baş nazir idi və Karimovun ölümündən sonra prezidentin səlahiyyətləri məhz ona keçmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG