Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:51

Rokçu Camal Əlinin polisə aparılan qohumlarına xəbərdarlıq edilib


Almaniyada yaşayan rokçunun anasını Bakıda polisə apardılar
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Almaniyada yaşayan rokçunun anasını Bakıda polisə apardılar

Berlində yaşayan azərbaycanlı rokçu Camal Əlinin anası və qohumlarıBakı şəhər Baş Polis İdarəsindən sərbəst buraxılıblar.

Bu haqda rokçunun anası Gülşən Əliyeva bildirib.

O, polisdə rəftar, çağırılmalarının səbəbləri haqda detallı danışmaq istəməyib.

Bununla belə çağırılmalarının rokçu oğulu ilə bağlı olduğunu ifadə edib. Deyib ki, polisdə onlara Camal Əlinin sosial şəbəkələrdə son paylaşdığı parça ilə bağlı xəbərdarlıq olunub.

Rokçu isə yaxınları sərbəst buraxıldıqdan sonra özünün facebook səhifəsində belə yazıb:

“Bunlar hamısı addım-addım qazanılan azadlıqlardır. Dəstək üçün hamıya təşəkkür edirəm”.

+++

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən rokçu Camal Əlinin anasının və bəzi qohumlarının polisə aparılmasından xəbərsiz olduqlarını bildiriblər. Mətbuat xidmətindən deyiblər ki, hələlik, bu barədə onlarda məlumat yoxdur.

+++

Berlində yaşayan azərbaycanlı rokçu Camal Əlinin anasını və bəzi qohumlarını polisə aparıblar. Bu barədə rokçu özü Facebook səhifəsində yazıb.

Məlumatı musiqiçinin ailəsi də AzadlıqRadiosuna təsdiqləyib.

«Anamı Bakı şəhər Baş Polis İdarəsinə aparıblar. Hal-hazırda ordadır. O biri qohumları da gətirirlər ora», – Camal Əli FB-də yazır.

«Əvvəlcə dünən gəlib aparıblar Sabunçu rayon Polis İdarəsinə. Deyiblər ki, oğlunuz mahnı yazıb, onu tuta bilmirik, sizi tuturuq. Şifahi xəbərdarlıq ediblər, deyiblər ki, silsin Youtube-dan. Bu gün yenə gəliblər və bu dəfə artıq Bakı şəhər Baş Polis İdarəsinə aparıblar. Mənim heç nəyi silmək fikrim yoxdur. İlham Əliyev istefa versin, mən də silim. Bir də paylaşıram! Haqq-ədalət yerini tapana qədər də fəaliyyətimə davam edəcəyəm» – Camal Əli statusunu bu sözlərlə tamamlayır.

Polis orqanlarından məsələyə münasibət almaq, hələlik, mümkün olmayıb.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə heç kəsin söz və ifadə azadlığına görə təqibə məruz qalmadığını, bütün təməl insan hüquq və azadlıqlarının təmin olunduğunu bildirir.

Saytımızı izləyin, günboyu xəbər yenilənəcək.

C.Əli 2007-ci ildə H.O.S.T qrupunda repçi kimi çalışıb. 2008-ci ildə qrupu tərk edib. 2012-ci il martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən, polis tərəfindən həbs olunub. Azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edib. Hal-hazırda Berlində yaşayır.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG