Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:54

Cahangir Hacıyevin həbs müddəti uzadıldı


Cahangir Hacıyev
Cahangir Hacıyev

-

Nərimanov rayon Məhkəməsi Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həbs müddətini 3 ay uzadıb.

«Trend»in xəbərinə görə, məhkəmə martın 4-də bu qərarı verib.

C.Hacıyevi ötən il dekabrın 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Nərimanov rayon Məhkəməsi dekabrın 5-də onun barəsində 3 aylıq həbs qərarı verib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (rüşvət) maddələri ilə ittiham olunur.

XS
SM
MD
LG