Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 12:14

Cahangir Hacıyevin cəzası azaldıldı


Cahangir Hacıyev
Cahangir Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə kəsilmiş 16 il 6 aylıq cəza azaldılıb. Fevralın 10-da Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Cahangir Hacıyev haqqındakı 16 il 6 aylıq həbs hökmündən şikayət verib, bəraət istəyib. Lakin məhkəmə onun cəzasını cəmi 3 ay azaldıb.

Hacıyev haqqında hökm çıxarılarkən 2016-cı ilin oktyabrında onun barəsindəki birinci hökm də nəzərə alınıb.

Birinci hökmlə ona 15 il həbs cəzası kəsilmişdi. Bu hökmdən bir il sonra Cinayət Məcəlləsinə dəyişikliklər edilib, bir sıra maddələrin cəza həddi azaldılıb. Onların arasında Cahangir Hacıyevin ittiham olunduğu maddələr də var.

Bakı Apelyasiya Məhkəməsi bu dəyişikliklərə əsaslanaraq, cəzanı azaldıb.

Cahangir Hacıyev apellyasiya şikayəti ilə yanaşı, Qaradağ rayon məhkəməsinə də ərizə vermişdi ki, haqqındakı birinci hökm qanuna dəyişikliklərə uyğunlaşdırılsın.

Fevralın 11-də Qaradağ rayon məhkəməsi bu məsələyə baxıb. Bir gün əvvəl Bakı Apellyasiya Məhkəməsinin bu məsələyə baxıb, qərar verdiyi əsas göstərilib və keçmiş bankirin ərizəsinin geri qaytarılmasına qərar verilib.

Cahangir Hacıyev və vəkili buna etiraz edib. Onlar bildiriblər ki, apellyasiya məhkəməsi bu məsələyə öz təşəbbüsü ilə baxmamalıydı. Çünki ayrıca ərizə verilmişdi.

Cahangir Hacıyev təqsirli sayıldığı maddələrdəki dəyişikliklərdən danışıb.

O deyib ki, əslində, onun cəzasından 3 ay yox, azı 3 il azaldılmalıydı:

"179-cu (mənimsəmə) maddə üzrə iki il, 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə üzrə bir il azaldılmalıydı. Üç ay azaltdılar, heç nə də demədilər ki, bilək hansı maddə üzrə cəzanı azaldıblar. Bu düzgün deyil axı..."

Xatırlatma

2015-ci il dekabrın 4-dən həbsdə olan Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib.

O, CM-in 179 (mənimsəmə və ya israf), 313 (vəzifə saxtakarlığı), 213 (vergidən yayınma) və başqa maddələrilə ittiham olunub. Amma özünü təqsirli bilmir.

O, Beynəlxalq Bankdan kredit kimi götürülən vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərdən kreditlərin ödənildiyini bildirir.

Onun sözlərinə görə, kreditlər hesabına yaradılan işlək müəssisələr onun həbsindən sonra ələ keçirilib. Lakin onları nə satıb tam məbləği bağlayırlar, nə də əldə olunan vəsaitlərdən kreditləri ödəyirlər.

Cahangir Hacıyev haqqında 16 il 6 aylıq ikinci hökm hələ qüvvəyə minməyib, çünki özü və onunla birlikdə mühakimə olunan bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov hökmdən şikayət veriblər.

Onların işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG