Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Cərraha həbs cəzası verildi - ancaq həbsə göndərilmədi


Yasamal Rayon Məhkəməsi
Yasamal Rayon Məhkəməsi

Burun əməliyyatları üzrə ixtisaslaşmış estetik cərrah Sənan Mehdiyevə 9 ay azadlıqdan məhrumetmə cəzası verilib. Oktyabrın 8-də Yasamal Rayon Məhkəməsində ona hökm oxunub. Həkim 2015-ci ildə Maliyyə-İqtisad Kollecinin 3-cü kurs tələbəsi olan 18 yaşlı Leyla Mürsəlovanın ölümündə təqsirli bilinib. L.Mürsəlova 2015-ci ildə «Starmed» Klinikasında burun əməliyyatı zamanı dünyasını dəyişib.

İddia olunur ki, gənc qız artıq dozada narkoz qəbulundan dünyasını dəyişib.

Məhkəmənin hakimi Azər Tağıyev cərrah S.Mehdiyevlə yanaşı, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanovu da təqsirli bilib. Səhlənkarlıqda suçlu sayılan E.Quluzadəyə iki il azadlıqdan məhrumetmə cəzası verilib. Azərbaycan qanunvericiliyinə görə, səhlənkarlıq (CM-nin 314-cü maddəsi) ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aiddir. Bu cür cinayətlərdə cəza beş ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. E.Quluzadənin də cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi məsələsi hökmdə qeyd olunub.

Şərti cəza və...

Klinikanın direktoru C.Sultanova münasibətdə isə CM-in 70-ci maddəsi tətbiq olunub və ona şərti cəza verilib.

Həkim S.Mehdiyevə verilmiş 9 ay azadlıqdan məhrumetməyə gəlincə, onun istintaq və məhkəmə dövründə ev dustaqlığında saxlandığı müddət nəzərə alınaraq, cəza çəkilmiş hesab olunub.

L.Mürsəlovanın ölümündən sonra Yasamal Rayon Prokurorluğunda CM-in 124.1 (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cərrah, anestezioloq və klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib, onlara həm də səhlənkarlıq ittihamı verilib. Onlar istintaq və məhkəmə dövründə həbsdə olmayıb.

Təqsirləndirilən şəxslər özlərini L.Mürsəlovanın ölümündə günahkar saymır və ittihamı qəbul etmirlər.

Zərərçəkmiş Namiq Mürsəlov isə qızının ölümündə özəlliklə həkimi və anestezioloqu günahlandırır. Onun fikrincə, qızı S.Mehdiyev və E.Quluzadənin məsuliyyətsizliyi üzündən vəfat edib. Ata L.Mustafayevanın ölümüylə bağlı verilən ekspert rəyini də düzgün saymır: «Yazıblar ki, Leylada bədxassəli hipertermiya olub. Bu diaqnozu necə qoyublar? Xəstəliyi vardısa, niyə əməliyyatdan öncə müayinə edib aşkara çıxarmayıblar?».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG