Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:05

Cərimələyənin dəyişməsi piyada problemini həll edəcəkmi?


Milli Məclisdə internet müzakirələri - deputatlar hansı qadağaları tələb edirlər?
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

Milli Məclisdə internet müzakirələri - deputatlar hansı qadağaları tələb edirlər?

Yol hərəkəti qaydalarını pozan piyadalara nəzarət post-patrul xidmətinin səlahiyyətindən çıxarıldı. Bununla bağlı iyulun 13-də daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov deyir ki, ötən ilin martından post-patrul xidmətlərinə belə bir səlahiyyət verilmişdi. İndi yenidən bu səlahiyyət yalnız dölvət yol polisinə qaytarılır.

Vaqif Əsədov deyir ki, hərəkət qaydalarını pozanlara qarşı ciddi nəzarət tədbirləri öz nəticəsini verir:

“İllər üzrə statistik məlumatların təhlili göstərir ki, görülən tədbirlərin nəticəsində yol-hərəkəti qəzalarının sayı azalıb”.

Yol polisi qaydaları pozan, yəni, təyin olunmayan yerlərdə yolu keçən piyadaları müəyyənləşdirərək onları 20 manat məbləğində cərimələyir.

Bu barədə öz fikirlərini Bakı sakinləri də bildiriblər:

Sizcə, piyadalar da cərimələnməlidirmi?
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Nazirin yeni əmrini təhlil edən Avtosfer.az saytının baş direktoru Elməddin Muradlı deyir ki, ötən ilin martından bəri post-patrul xidmətinin əməkdaşları piyadalara nəzarət edirdi.

Amma görünür həmin əməkdaşların fəaliyyəti ilə bağlı narazılıqlar , şikayətlər olduğuna görə onların öz xidmət yerinə qaytarılması barədə göstəriş verilib.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, bu sahədə problem ciddidir və onun həlli mütləqdir:

“Bu reallıqdır ki, piyadalarla bağlı ciddi problemlər var. Amma polisin qaydanı pozan piyadanı məsuliyyətə cəlb etməklə yanaşı, ona xəbərdarlıq etmək səlahiyyəti də var. Biz reallıqda bunun şahidi olmuruq. Sanki polis kənarda dayanıb, piyadanın qaydaları pozmasını gözləyir ki, onu cərimələsin”.

Nəqliyyat eksperti Əşrad Hüseynov da düşünür ki, tək cərimələrlə bu sahədə problemi aradan qaldırmaq mümkünsüzdür.

Onun fikrincə, davranışları dəyişməklə yanaşı, qaranlıq küçələrin işıqlandırılmasına, gərəkli yerlərdə piyada keçidləri və piyadaların rahat, təhlükəsiz hərəkəti üçün səkilərin yaradılmasına da ehtiyac var.

Dünən, iyulun 16-da Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli apa informasiya agentliyinə deyib ki, paytaxtda 100-ə yaxın yerdə yeni piyada keçidlərinin inşası planlaşdırılır. O bildirib ki, həmin keçidlərin də inşasına mərhələli şəkildə başlanacaq.

Qaydaları pozduğuna görə iki dəfə cərimələnən Bakı sakini Fərid Əsgərov da istəyir ki, şəhərdə piyada keçidləri arasındakı məsafə azaldısın. Əsas da məktəblərin yaxınlığında yeni piyada keçidləri salınsın.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG