Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:37

İlk dəfə ABŞ-da bütün ölkə üzrə fəlakət elan edilib


Donald Trump, 2 aprel 2020

ABŞ Prezidenti Donald Trump, COVID-19 koronavirus pandemiyası ilə əlaqədar bütün ölkə üzrə geniş yayılmış fəlakət elan edib. Bu ABŞ-da bütün 50 ştatda ilk dəfə təbii fəlakət elan edilməsidir. Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatlara görə, Amerika mediası və mütəxəssisləri indiyə qədər dəfələrlə Trump-ın COVID-19 epidemiyasını cilovlamaq üçün hərəkətlərini tənqid edən materiallar dərc ediblər. Qeyd olunur ki, mütəxəssislər qışda virusun yayılması üçün sərt tədbirlərin görülməsini tələb etsələr də, ABŞ prezidenti təkliflərlə razılaşmayıb. O, daha çox Dünya Səhiyyə Təşkilatının hərəkətlərini tənqid etməkdədir və prezident hesab edir ki, bu təşkilat yeni virus növünün yayılması zamanı Çinə daha çox vaxt ayırıb.

Son məlumatlara görə, koronavirusdan ölənlərin sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə ölənlərin sayı artıq 20 mini keçib. Ən çox ölüm hallarının Nyu-York ştatında qeydə alındığı vurğulanır. Bütün ölkə üzrə yarım milyondan çox adamda koronavirusa yoluxma aşkarlanıb.

Ölü sayına görə, İtaliyada ikinci yerdədir, bu ölkədə indiyə qədər 19 min 500 adam ölüb, 152 mindən çox adamda infeksiya aşkar edilib. İspaniya ölüm nisbətinə görə üçüncü yerdədir. Orada 17 minə yaxın insan həyatını itirib. Virus aşkarlananların sayı isə 163 mini keçib.

XS
SM
MD
LG