Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:17

Rusiyada buryat dili problemi də qaldırılır


Rusiyanın ənənəvi buddist icmasının başçısı Damba Ayushev

Rusiyanın ənənəvi buddist icmasının başçısı Damba Ayushev Buryatiya başçısı Aleksey Tsydenov-u buryat dilinin xilası üçün tədbirlər görmədiyinə görə kəskin tənqid edib.

AzadlıqRadiosunun yazdığına görə, dini icma başçısı bildirib ki, Buryatiya Respublikasının rəhbəri bu sahədə, əslindəRusiya prezidenti Vladimir Putinin siyasətinin əleyhinə gedir:

"UNESCO buryat dilini ölməkdə olan dil kimi tanıyıb. Axı biz buryat dilinin konstitusiyaya görə ikinci rəsmi dil olduğu milli respublikada yaşayırıq”.

Bundan əvvəl Buryatiya rejissoru Bair Dyshenov muxtar respublikanın hazırkı başçısı Tsydenov-u buryat xalqının soyqırımında ittiham etmiş, onu buryat xalqının inkişafı strategiyasını hazırlamağa çağırmışdı.

Rejissor habelə doğma dilin qorunması məqsədilə respublika başçısı administrasiyasının nəzdində xüsusi komitənin yaradılmasını və buryat xalqının qurultayını çağırmağı tələb etmişdi.

Tsydenov isə bu tənqidlərə və ittihamlara cavab olaraq bildirib ki, hakimiyyət çoxmədəniyyətli respublikada yalnız bir milli dilin və mədəniyyətin müdafiəsi ilə məşğul ola bilməz.

Qısa məlumat

Buryatiyanın rəsmi adı Buryatiya Respublikasıdır (buryat dilində Buryad Ulas).

Rusiya Federasiyasının subyektidir.

1923-cü ildə Buryat-Monqol Muxtar Sovet Sosialist Respublikası kimi yaradılıb.

Paytaxtı Ulan-Ude şəhəridir. Parlament Xalq Xuralı adlanır.

Buryatiya əhalisinin əsas hissəsini ruslar (64,9%) və buryatlar (29,5%) təşkil edirlər.

Buryat dili (Buryad xelen) monqol dillərindən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG