Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 10:36

Buğda idxalı 20 faizə yaxın artıb


Foto: arxiv

2016-cı ildə buğda idxalı il ərzində 18,2% artaraq rekord həddə - 1,6 milyon tona çatıb.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Buğda alınması üçün ixracatçılara 296,8 milyon dollar ödənilib. Bu, əvvəlki ildəkindən 0,6% çoxdur. Bir ton buğda 184,4 dollara alınıb. Bu, 2015-ci ildəkindən 34,9dollar və ya 16% ucuzdur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il Azərbaycanda buğda istehsalı 1 milyon 844 min ton olub. Bu, 2015-ci ildəkindən 10% çoxdur.

Müstəqil ekspertlərin fikrincə, hökumət qəsdən taxıl istehsalının həcmini süni şəkildə şişirdir. Onların fikrincə, çörəkbişirmədə yerli buğdanın payı cüzidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG