Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Moskvada ‘1995-ci il Budyonnovsk girovçusunun’ saxlandığı xəbər verilir


Moskvada saxlanmış Khazvakha Cherkhigov (ortada) Şimali Qafqaza etaplanıb
Moskvada saxlanmış Khazvakha Cherkhigov (ortada) Şimali Qafqaza etaplanıb

Rusiya hakimiyyət orqanları bildirir ki, 1995-ci ildə Budyonnovsk şəhərində baş vermiş ölümcül girov böhranında iştirak etdiyi iddia olunan şəxs saxlanıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) noyabrın 20-də verdiyi açıqlamada deyilir ki, 1978-ci il doğumlu Khazvakha Cherkhigov noyabrın 19-da Moskvada saxlanıb və Şimali Qafqaz regionuna etaplanıb.

Ötən iyun ayında Şimali Qafqaz Regional Hərbi Tribunalı Rostov şəhərində girovgötürmə əməliyyatında və terrorçu aktda iştirakda şübhəli bilinən başqa bir şəxsin - Badruddi Daudov-un aşkar edildiyini xəbər verirdi.

Təqsirli olduğunu inkar edən Daudov 14 il müddətinə azadlıqdan məhrum edilib.

1995-ci il, iyunun 14-də Shamil Basayevin başçılığı altında bir qrup çeçen separatçısı Budyonnovsk şəhərindəki polis idarəsinə və inzibati binalara hücum etmiş, 1500-dək adamı girov götürərək, Rusiya qoşunlarının Çeçenistandan çıxarılması tələbini qoymuşdu.

1995-ci il girov böhranını əks etdirən tarixi fotolardan biri
1995-ci il girov böhranını əks etdirən tarixi fotolardan biri

Bu hadisə zamanı 150-dək adam həlak olmuşdu. Sağ qalan girovlar 5 gün davam edən mühasirədən və ovaxtkı baş nazir Viktor Chernomyrdin Çeçenistanda atəşkəs vəd edəndən sonra azad edilmişdilər. Basayev və onun dəstəsinə Çeçenistana qayıtmaları üçün salamat keçid verilmişdi.

Bu böhranı başa çatdırmış razılaşma 1996-cı ilin avqustunda müharibəyə son qoyan sazişin imzalanması ilə nəticələnmişdi.

Çeçenistanda ikinci müharibə ovaxtkı baş nazir Vladimir Putinin qərarı ilə 1999-cı ildə başlanmışdı. Bundan əvvəl Basayev dəstəsi ilə birlikdə qonşu Dağıstana silahlı müdaxilə etmişdi.

O vaxtdan axtarışda olan Basayev 2006-cı ildə partlayışda həlak olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG