Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Büdcə təşkilatlarının borcu artıb


2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən qurumların kommunal xərcləri artıb.

Dövlət Statistika Komitəsinin ( DSK) məlumatına görə, büdcə qurumlarının elektrik, istilik, təbii qaz, su və rabitə xidmətlərinə xərclədiyi vəsaitlər 125,3 milyon manat təşkil edib. Xərclərin faktiki qiymətlərlə ümumi dəyərinin ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artdığı bildirilir.

Qeyd olunan məbləğin 66,5 faizi elektrik enerjisinin, 14,1 faizi təbii qazın, 8,1 faizi isə su istehlakının payına düşüb. Rabitə, və istilik enerjisi birlikdə 11 faiz təşkil edib.

Büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94 faizini ödəyiblər.

Yerdə qalan borcun məbləği 7,5 milyon manat olub.

DSK bildirir ki, büdcə qurumları ümumilikdə limit üzrə suya 3,1 milyon, təbii qaza 2,1 milyon, istilik enerjisinə isə 0,4 milyon manatlıq qənaət ediblər.

XS
SM
MD
LG