Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:21

Hökumət qənaəti niyə uşaqların hesabına etmək istəyir?


Qazax rayonunda uşaq bağçası (Foto arxivdəndir)
Qazax rayonunda uşaq bağçası (Foto arxivdəndir)

“Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Sosialyönümlü siyasət üstünlük təşkil edəcək. Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə ictimai nəzarətin tətbiqinə gətirib çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər”.

Bunu Milli Məclisin 4 komissiyasının birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Nazirin bildirməsinə görə, bu ilin sonuna iqtisadiyyatın 2.8 faizlik geriləməyəməruz qalacağı gözlənilir.

“Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələrə başlamışıq. Musiqi məktəblərində də müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər. Bir hissəsi dövlət və bir hissəsi maraqlı valideynlər tərəfindən ola bilər. Valideynə maraqlıdırsa ki, uşaq bu sahədə oxusun, yəqin ki, cüzi də olsa bu prosesdə iştirak etməlidir”.

Demək lazımdır ki, nazirin hələlik yalnız təklif kimi səsləndirdiyi bu fikirlər istər cəmiyyətdə, istərsə də ekspertlərdə təşviş yaradıb. Bu da qeyd olunmalıdır ki, təşvişi təkcə müstəqil eksperlər büruzə vermirlər. Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev bildirir ki, bu, onsuz da güclü şəkildə təbəqələnmiş Azərbaycan cəmiyyətini daha da çətin duruma salacaq və nazirin təklifləri bu mənada qeyri-məqbuldur.

Əjdər Ağayev: "Maliyyə nazirinin təklifləri qeyri-məqbuldur"
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, gəlirləri azalan Azərbaycan dövlətinin öz maliyyə yükünün bir hissəsindən azad olmaq niyyətini başa düşmək olar. Başa düşülməyən bunun nə üçün təhsil və mədəniyyət kimi sahələrin hesabına edilməsidir. Ekspert bunu da əlavə edir ki, Azərbaycanda uşaqların bağça ilə təminatı onsuz da 30 faizdən az idi.

Kamran Əsədov deyir ki, hökumət qaz və elektrikin qiymətlərini qaldırarkən Azərbaycan əhalisinin 70 faizinin aztəminatlı olduğunu etiraf edib. İndi məhz əhalinin bu seqmenti üçün uşaq bağçaları və musiqi məktəbləri əlçatmaz olacaq.

Kamran Əsədov: "Musiqi məktəbləri bir çox ailələr üçün əlçatmaz olacaq"
Gözlə

No media source currently available

0:00 0:05:41 0:00
Direct-ə keçid

Kamran Əsədovun fikrincə bağça və musiqi məktəblərinin maliyyələşdirilməsinin valideynlərə “yüklənməsi” bu müəssisələrdə xidmətin keyfiyyətini artırmayacaq. Onsuz da indinin özündə Azərbaycanda özəl bağçalarda ali təhsilli müəllimlər, dövlət bağçalarında isə əsasən ali təhsili olmayan müəllimlər çalışırlar.

Ekpsert diqqəti belə bir məqama çəkir ki, prezident İlham Əliyevin social təminatın artırılması barədə bəyanatları ilə maliyyə nazirinin təklifləri bir-birinə daban-dabana ziddir.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə deyir ki, onsuz da məktəbəqədər müəssisələrdə valideynlər qeyri-rəsmi ödənişlərlə müəlimlərin maaş yükünün altına girmişdilər. Amma maliyyə nazirinin təklifləri həyata keçərsə artıq bu da mümkün olmayacaq.

Məlahət Mürşüdlü: "Valideynlər onsuz da müəllimlərin maaş yükünün altındadırlar"
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG