Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Parlament 2018-in büdcəsini təsdiqlədi - kəsir 920 mln. manata çatdırıldı


Azərbaycan parlamenti
Azərbaycan parlamenti

Parlament 2018-ci ilin dövlət büdcəsini qəbul edib.

Dekabrın 1-i Milli Məclis 2018-ci ilin dövlət büdcəsi layihəsini təsdiq edib.

“Turan” agentliyi xəbər verir ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərclər isə 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiqlənib.

Xərclər əvvəlki layihədən 141,3 mln. manat artırılıb.

Siyasi partiyalara, QHT-lərə və bəzi başqa sahələrə ayrılan vəsaitlərdə artım var.

Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]

Beləliklə, 2018-ci il üzrə dövlət büdcəsinin kəsiri 920 mln. manat (ÜDM-in 1,3 faizi) səviyyəsində proqnozlaşdırılır.

Dövlət Neft Fondundan transfert 9 mlrd. 216 mln. manat (bütün gəlirlərin 45 faizi) təşkil edəcək. Sonra vergi və gömrükdən daxilolmalar gəlir.

Büdcədə neftin bir barelı 45 dollar götürülüb.

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

Buna da bax:

Büdcə müzakirələri Azərbaycanda və dünyada necə aparılır?
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

XATIRLATMA

2017-ci ilin dövlət büdcəsi ötən il dekabrın 27-də təsdiqləmişdi.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Büdcədə Neft Fondundan transfertlər 6.1 mlrd. manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 65 dollar civarında satılır.

Ancaq bu il iyunun 30-da büdcə sənədinə dəyişiklik edilib. Gəlirləri 511 milyon artaraq 16 mlrd. 766 mln. manata çatdırıblar. Xərclər isə 1 mlrd. 41 mln. manat artırılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG