Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:47

2018-ci ilin büdcə layihəsi hazırdır


Azərbaycan Nazirlər Kabineti, Bakı
Azərbaycan Nazirlər Kabineti, Bakı

2018-ci il üzrə dövlətvə icmal büdcənin layihələri, artıq hazırdır. Maliyyə Nazirliyi həmin layihələrlə birgə, növbəti üç il üzrə icmal büdcənin göstəricilərini sentyabrın 15-də Nazirlər Kabinetinə təqdim edib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Layihələrin “Büdcə sistemi haqqında” qanuna və “2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin bu ilin yanvarında qəbul edilən sərəncamına uyğunhazırlandığı bildirilir.

Nazirlik hələlik, layihələrin detallarını açıqlamır.

XATIRLATMA

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləmişdi.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Büdcədə Neft Fondundan transfertlər 6.1 mlrd. manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 57 dollardan yüksək satılır.
Ancaq bu il iyunun 30-da büdcə sənədinə dəyişiklik edilib. Gəlirləri 511 milyon artaraq 16 mlrd. 766 mln. manata çatdırıblar. Xərclər isə 1 milyard 41 mln. manat artırılıb.

Maliyyə Nazirliyinin bilgilərinə görə, büdcənin icrasında kəsir var. Nazirlik ötən həftə sonu açıqlamışdı ki, 471,1 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG